Azərbaycan, Bakı, 08 oktyabr/ Trend , müxbir A.Bədəlova/ "Dünyanın maliyyə bazarlarındakı son hadisələr ümumilikdə dünyanın stabil inkişafı üçün təhlükə yaradır", - deyə çərşənbə günü Evianda (Fransa) dünya sisyasəti üzrə konfransda çıxış edən Rusiya Federasiyasının (RF) prezidenti Dmitri Medvedyev bildirib.
Medvedyev bir sıra ölkələrin iqtisadi eqoizminin maliyyə böhranına gətirib çıxarmasına dair fikirlərini təkrar edib. RF prezidenti problemin həlli üzrə beş üsul səsləndirib.
"Yeni şəraitdə həm milli, həm də beynəlxalq nizamlama sistemlərini qaydaya salmaq lazımdır", - deyə Medvedyev bildirib.
İkincisi, Rusiyanın dövlət başçısının sözlərinə görə, buraxılan maliyyə alətləri həcmi və sərmayə proqramlarının real gəlirliliyi arasında balansın ciddi şəkildə pozulmasından yayınmaq lazımdır.
Üçüncüsü, risklərin idarəolunma sistemininin möhkəmləndirilməsi zəruridir.
"Bazarın hər bir iştirakçısı başlanğıcdan risk payı və məsulliyəti özü daşımalıdır və istənilən aktiv dəyərinin sonsuz artımı xüsusunda illüziya olmamalıdır", - deyə Medvedyev bildirib.
RF prezidentinin sözlərinə görə, dördüncüsü, şirkətlər barədə informasiyaların maksimum dərəcədə açılmasına yardım göstərmək, nəzarət tələblərini sərtləşdirmək, reytinq agentlikləri və auditor şirkətlərinin məsuliyyətini gücləndirmək lazımdır.
"Və nəhayət, beşincisi, beynəlxalq ticarətdə maneələrin aradan qaldırılması, kapitalın azad yerdəyişməsindən hamının fayda götürməsini mümkün etmək lazımdır.
Medvedyevin sözlərinə görə, bütün sadalanan problemlər tamamilə beynəlmiləl mahiyyət daşıyır.
"Rusiya onların həlli üçün qlobal maliyyə arxitekturasını dəyişməyi, fəaliyyətdə olan institutların roluna yenidən baxmağı və stabilliyi təmin edə biləcək yenilərini yaratmağı təklif edir", - deyə o bildrib. Medvedyevin fikrincə, Rusiya beynəlxalq maliyyə sisteminin sağlamlaşdırılması prosesinə fəal yardım göstərəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı - Capital