...

Bank Respublika-nın daha 7 əmanətçisi qızıl külçələr qazanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2008 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr/ Trend / Oktyabrın 16-da Bank Respublika əmanətçiləri arasında yeni aylıq uduş kampaniyasının ikinci tirajını keçirib və bankın daha 7 əmanətçisi qızıl külçələr qazanıb

Bankın 2 əmanətçisi hər biri 20 qram, daha 5 əmanətçisi isə hər biri 10 qram olmaqla ən yüksək 999,9 əyarlı Rusiya istehsalı olan qızıl külçələr qazanıblar.

Yeni uduş kampaniyasının qaydalarına əsasən, Bank Respublika əmanətçiləri arasında hər ay 2 ədəd 20 qramlıq və 5 ədəd 10 qramlıq ən yüksək 999,9 əyarlı qızıl külçələr oynanılır. Kampaniyanın əsas hədiyyəsi Honda Accord avtomobilinin qalibi isə Yeni il ərəfəsində müəyyən olunacaq.

Honda Accord avtomobili hazırda Bakı şəhərinin mərkəzində Nizami və Mərdanov qardaşları küçələrinin kəsişməsində podiumda yerləşdirilib.

Kampaniyada ən azı 12 ay müddətində və 1000 AZN / USD / EUR məbləğində olan əmanətlər iştirak edir. Əmanətin hər 1000 AZN / USD / EUR məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən, Bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmir.

Bank Respublika "Əmanət Şərtlərinin Sərbəst Seçimi" depozit proqramı üzrə müştərilərə geniş imkanlar təklif edir. Bank Respublika ötən ay əmanətlər üzrə faiz dərəcələrini artırmışdır və yeni şərtlərə əsasən, manat və ABŞ dollarında olan əmanətlər üzrə maksimal faiz dərəcəsi illik 16% təşkil edir.

Bank Respublika-nın əmanətçiləri əmanətin məbləği və müddətindən asılı olaraq 45 günədək faizsiz kredit xətti ilə MasterCard və VISA kartlarını əldə edə, Home Banking və MobilBank xidmətinə pulsuz qoşula, bank seyfindən pulsuz istifadə edə, Bankın hesabına səyahət və tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər. Bank əmanətin məbləğinə dair heç bir məhdudiyyət qoymur və əmanətçilərə əmanətin şərtlərini seçmək imkanı verir.

Bank Respublika "Əmanətlərin sığortalanması haqqında" qanununa əsasən, yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Bankda yerləşdirilmiş əhalinin əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır.

Xəbər lenti

Xəbər lenti