...

ABŞ və Avropa dərin resessiyaya düşəcək – Sinclair Capital

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2008 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr/ Trend , müxbir İ.Xəlilova/ "Azərbaycan, Gürcüstan və dgər kiçik iqtisadiyyatlı inkişaf edən ölkələrin bank sistemlərində dünya maliyyə böhranının effekti o qədər də böyük olmayacaq. Belə ki, bu dövlətlərin xarici borclanmasının həcmi cüzidir", - Sinclair Capital LLC-nin meneceri Con Lukomnik Almatıda Korporativ İdarəetmə üzrə Qlobal Forum, Röyter Fondu, Beynəlxalq Maliyyə Korporasiyası və Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin təşkil etdiyi video - konfransda bildirib.

"Lakin dünya böhranının nəticəsi olan qlobal resessiya, qlobal iqtisadiyyatın bütün iştirakçılarına təsir göstərəcək və yalnız yaxşı korporativ idarəetmə olduğu halda, maksimum səmərə ilə işləmək mümkündür", - Lukomnik bildirib.

Misal kimi o, böhranlı vəziyyətdən fayda götürən JP Morgan və Bank of America - nın təcrübəsini göstərib. Belə ki, yaxşı menecment və işin qurulması onlara nəinki bu vəziyyətdə yaşamaq, həm də öz rəqiblərinin udulması yolu ilə iriləşmək imkanı verib.

Sinclair Capital-ın rəhbəri ABŞ və Avropanın dərin resessiyaya düşəcəyini hesab etdiyi üçün, ixrac əməliyyatlarının azalmasını və turistlərin digər ölkələrə axacağını proqnozlaşdırır. Bu, xüsusilə də xarici sərmayədarlardan asılı olan dövlətlərə öz təsirini göstərəcək.

"İndi insanlar yalnız ixrac -  idxal əməliyyatlarına deyil, həm də kapitalın formalaşdırılması strukturuna da vəsait yatırmaqdan qorxurlar", - Sinclair Capital-ın meneceri bildirib.

Onun sözlərinə görə, dünya maliyyə böhranı böyük risklərlə əlaqədar, ipoteka kreditləşməsindən savayı, derivativlərlə sazişlərə də təsir göstərib.

"Derivativlər və digər törəmə qiymətli kağızlar daşınmaz əmlak sahəsində böhrana səbəb olub. Onlarsız böhran bu günkü miqyası almazdı, - Lukomnik bildirib. - Daşınmaz əmlak sahəsindəki böhran əbədi olacaq. Buna görə də, nəzarətin gücləndirilməsi lazımdır və artıq derivativlər və digər kredit sazişlərinin kreditləşdirilməsi üçün klirinq - birjaların yaradılması təklif olunur.

Törəmə alətlərlə müqavilələrin məhz necə tənzimlənəcəyi və örtüləcəyi ilə bağlı qeyri - müəyyənlik $62 trln. qiymətləndirilən tənzimlənməyən kredit derivativləri bazarında gərginlik yaradır. Bu bazarın özü isə, bütün maliyyə sistemi üçün mümkün gizli risklərdən ehtiyat edən tənzimləyici orqanların diqqət obyektinə çevrilir.

Sinclair Capital-ın rəhbəri hesab edir ki, bankların tənzimlənməsi haqqında Qanunun ləğvi böhranın səbəblərindən biri olub. Qanunun ləğvi bankların tənzimləmə sistemini bərabərləşdirib və hamıya derivativlər buraxmaq imkanı verib.

ABŞ - da Fannie Mae və Freddie Mac iri ipoteka şirkətlərinin milliləşdirilməsindən irəli gələn kredit derivativləri ilə müqavilələrin qiymətdən düşməsi son aylarda kredit sığortası təklif edən sığorta şirkətləri və banklar üçün milyardlarla itkilərə gətirə bilər, - Financial Times yazır.

Fannie və Freddie - nin ödəmədikləri kredit üzrə defolt svoplarının dəqiq sayı məlum olmasa da, dilerlər və analitiklərin son hesablamalarına əsasən, svoplar üzrə ödənilməmiş müqavilələrin dəyəri $500 mlrd.- dək çata bilər. Belə ki, Citigroup -un London bölməsinin kredit strategiyaları üzrə mütəxəssisi Maykl Hemden -Törner ödənilməmiş defolt - svopları və ipoteka nəhənglərinə aidiyyatı olan digər kredit derivativlərini $200-500 mlrd. qiymətləndirir.

Hazırda analitiklər güman edirlər ki, Fannie Mae və Freddie Mac - ın defolt -svoplarının bərpa dəyəri təxminən $1 - a 95 sent olacaq. Bu, defoltlardan müdafiə təklif edən bank və sığorta şirkətləri üçün potensial itkilərin 5 faizi deməkdir. Defolt-svopların ümumi həcmi $200-500 mlrd. olmaqla, bu itkilər $10 mlrd.- dan $25 mlrd.-dək ola bilər.

Lukomnikin rəyinə görə, nəzarət tədbirləri çərçivəsində defolt-svop yaradan sığorta şirkətləri və bankların kapitalına tələblərin artırılması irəli sürüləcək.

ABŞ hökuməti böhranlı vəziyyətin bərpası, daha doğrusu, bankların borclarının ödənilməsi üçün $3 trln. ayırmaq niyyətindədir ki, bu da Ştatların büdcəsinin defisitinə gətirəcək.

BVF və DB vəziyyətin sabitləşdirilməsi üçün yardım göstərməyə hazır olduqlarını ifadə ediblər. Lukomnikin sözlərinə görə, bu, belə beynəlxalq təşkilatların presedentsiz cəhdidir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti