Azərbaycan, Bakı, 27 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ Sentyabrda və oktyabrın ilk 20 günündə Bakının daşınmaz əmlakın icarəsi bazarında qiymətlər sabit qalıb, bazarın fəallığı zəif olub,- MBA Group konsaltinq şirkətindən bazar ertəsi bildiriblər.
"Sentyabrda mənzil icarəsi bazarında qiymətlər 0,2 faiz artıb, oktyabrın ilk 20 günündə isə 0,2 faiz azalıb", - şirkətdən bildiriblər.
Hazırda Bakının mərkəzi rayonlarında mənzil icarəsinin orta qiyməti 660 manatdır. Birotaqlı mənzilin icarə qiyməti 380,8 manat, ikiotaqlı - 532,5 manat, üçotaqlı - 744,4 manat.
Oktyabrda mənzil icarəsi bazarında 8,3 faiz azalma müşahidə edilib və bazarın portfelinin böyük hissəsini ikiotaqlı və üçotaqlı mənzillər tutub - müvafiq olaraq 29,4 və 27,6 faiz.
Qiymətlərin səviyyəsinə görə portfelin böyük hissəsini (53,8 faiz) icarə qiyməti 394 manatdan 637 manatadək mənzillər tutub. Qiyməti 400 manatadək olan birotaqlı mənzillər bazarın 68, eyni qiymətli ikiotaqlı mənzillər 32 faizini tutub.
İcarə üçün nəzərdə tutulan mənzillərin əksəriyyəti Bakının Nəsimi (29,2 faiz) və Nərimanov (22,1 faiz) rayonlarında təklif edilib.
MBA Group - ölkə iqtisadiyyatının əksər sahələrində daimi olaraq monitorinqlər aparan qiymətləndirici və konsaltinq şirkətidir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]