Qazaxıstan, Astana, 13 mart / Trend , müxbir K.Arınova /
İlkin məlumata görə, yanvar ayında Qazaxıstanda əhalinin gəlirləri 31297 tenqe təşkil edərək, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artıb. Bu barədə Trend -ın xüsusi müxbirinə Qazaxıstanın Statistika üzrə Agentliyinin mətbuat katibi Janel Sattıbayıva bildirib.
"Bununla belə, real pul gəlirləri 5,8% artıb", - Sattıbayeva deyib.
Onun sözlərinə əsasən, yanvar ayında adambaşına düşən gəlirlərə görə yenə də Astana, Alma-Ata və sözügedən gəlirin orta respublika səviyyəsini 1,8-2 dəfə üstələyən Atırau vilayəti birincidirlər.
"Yanvar göstəricilərinə əsasən, ən azgəlirli regionlara Cənubi Qazaxıstan və Jambıl vilayətləri aiddir. Adıçəkilən vilayətlərdə əhalinin gəlir səviyyəsinin həcmi orta hesabla 67,6% təşkil edir. Bununla yanaşı, qeyd olunan ərazilər üzrə (Alma-Ata, Qızılorda və Akmola vilayətləri ilə yanaşı) real pul gəlirlərinin artım tempi müşahidə olunur", - Sattıbayıva qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]