...

Azerdemiryolbank bayram günlərində də işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2009 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend /

Azerdemiryolbank əhalini xəbərdar edir ki, Novruz bayramı münasibəti ilə ölkədə elan edilən istrahət günlərində "Azərdəmiryolbank"-ın bütün filial və şöbələri martın 22, 25, 27-də saat 15:00-dək fəaliyyət göstərəcək və müştərilərə qeyd olunan bank xidmətləri təqdim olunacaq: Kommunal və mobil rabitə ödənişlərinin qəbulu, kredit və faiz ödənişlərinin qəbulu, təcili pul köçürmələri üzrə banka daxil olan vəsaitlərin əhaliyə verilməsi, əmanətlərin qəbulu və valyuta mübadiləsi əməliyyatları. 

Azərbaycanın ilk kommersiya banklarından olan "Azərdəmiryolbank" ASC 1989-cu ildə təsis edilib. Bankın səhmdarları sırasında dünyanın nüfuzlu maliyyə institutlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Hollandiya İnkişaf Bankı (FMO) var.

Bakı və regionlar üzrə bankın 31 filial və şöbəsi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti