...

Dünya maliyyə böhranı Azərbaycan şirkətlərinin dünya bazarlarına çıxma şanslarını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2009 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir N.İsmayılova /

Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rəhim Hüseynov hesab edir ki, dünya maliyyə böhranı Azərbaycanın qeyri-neft sektoru şirkətlərinin dünya bazarlarına çıxma imkanlarını artırıb.

"Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlər böhran dövründə dünya bazarlarına geniş çıxma imkanı əldə ediblər. Mühüm olan, onların bu şanslardan düzgün istifadə etməsidir", - deyə Hüseynov bildirib.

Onun sözlərinə görə, ölkənin qeyri-neft sektorunun bütün seqmentləri dünya bazarlarına çıxma şanslarına malikdir. Bununla yanaşı, ölkənin işgüzar dairələri və AZPROMO nümayəndələrinin görüşləri zamanı dünya maliyyə böhranının nəticələri ilə əlaqədar şikayət daxil olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti