...

May ayında Bakı metropoliteninin yeni tikilən stansiyasında quraşdırma işləri aparılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2009 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir E.İsmayılov /

Bakı metropoliteninin paytaxtın səkkizinci mikrorayonunda yerləşəcək "Azadlıq prospekti" metro stansiyasının tikintisi çərçivəsində avadanlıq quraşdırma işləri may ayında aparılacaq. Bu barədə çərşənbə axşamı metropolitendə işlə əlaqədar mənbələrdən bildirilib. Yeni stansiyanın istismara verilməsi bu ilin sonuna nəzərdə tutulub.

"Biz artıq avadanlığın 70-80 faizini əldə etmişik, yaxın zamanda isə qalan avadanlığı əldə edəcəyik. May ayında isə avadanlıqların quraşdırılması işləri planlaşdırılır", - deyə mənbədən bildirilib.

Mənbənin sözlərinə əsasən, hazırda arxitektura işləri, həmçinin avadanlıqların elektrik enerjisi ilə təmin olunması üçün kabel çəkilişi işləri aparılır.

"Cari ildə "Azadlıq prospekti" stansiyası üzrə işlərin tamamlanması üçün dövlət büdcəsindən 57 milyon manat (vergilərlə) vəsait ayrılıb", - deyə mənbədən bildirilib.

Bakı metropoliteni 1967-ci ildən bəri fəaliyyət göstərir ("İçəri şəhər" stansiyasından "Nəriman Nərimanov" stansiyasına kimi üç aralıq stansiya ilə). Metropolitenin yeddi stansiyası ("İçəri şəhər", "Sahil", "28 may", "Cəfər Cabbarlı", "Xətai", "Nizami", "Elmlər Akademiyası") dərin enişli, "Bakmil" yerüstü, qalanları isə sütünlu, az enişli stansiyalardır.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti