...

UniBank-a əmanət yerləşdir və milyonçu ol

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2009 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend /

UniBank-ın cümə axşamı yayılmış məlumatında deyilir ki, Unibank KB unikal "Milyonçu ol" depozit aksiyasını işə salır. İndi Bankın 2009-cu ilin mart ayının 30-dan iyul ayının 31-dək "Milyonçu" depozitinə vəsait qoyan bütün depozit sahibləri 1 milyon manatadək uduş imkanı əldə edirlər.

"UniBank həmişə Azərbaycanın bank bazarında yenilikçi olmuş və yenə də yenilikçi olaraq qalır. Belə ki, 2004-2006-cı illərdə Unibank ölkədə öz depozit sahibləri arasında "Qızıl külçə" uduşu keçirən ilk bank olub, - Unibank-ın İdarə Heyətinin Sədri Faiq Hüseynov qeyd edib.

"Ötən il biz, Azərbaycan maliyyə sistemi tarixində ilk dəfə olaraq, öz əmanətçilərimiz arasında brilyant uduşu keçirməyə başladıq. İndi isə, yenə də Azərbaycan maliyyə sisteminin tarixində ilk dəfə olaraq, kommersiya bankı tərəfindən bu cür iri pul mükafatı - 1 milyon manatadək - uduşa qoyulur", - Hüseynov deyib.

Lotereyada iştirak etmək üçün Unibank-da "Milyonçu" əmanətinə 1000 manat, ABŞ dolları və ya avrodan az olmayara, yatırım həyata keçirmək və bu əmanəti uduşun keçirilməsi anına - 2010-cu ilin mart ayının 18-dək hesabda saxlamaq lazımdır. Depozitdə olan hər 1000 manat, ABŞ dolları və ya avro qələbə üçün 1 şansdır. Beləliklə, müştərinin əmanətinin məbləği nə qədər çox olsa, onun baş mükafatı udmaq şansı bir o qədər çox olacaqdır. "Milyonçu" depozitinə əmanətlər ancaq 2009-cu ilin iyul ayının 31-dək qəbul edilir.

Mükafatın ölçüsü aksiyanın keçirilməsi zamanı cəlb edilmiş depozitlərin həcmindən asılı olacaq. Yəni müştərilər nə qədər çox əmanət yatırımı həyata keçirsələr, bir o qədər böyük məbləğdə mükafat oynanılacaq. Bu zaman mükafatın zəmanət verilmiş məbləği ən azı 150 min manat təşkil edəcək. Mükafatın maksimal ölçüsü isə 1 milyon manat təşkil edəcək. Aksiyanın müddəti bitdikdən sonra xarici auditor şirkəti mükafatın məbləğini təsbit edəcək.

Bankın uduşda iştirak edən bütün müştəriləri mütəmadi olaraq mükafatın məbləğinin artımı haqqında məlumat alacaqlar. Lotereyanın qalibi təsadüfi kompüter seçimi üsulu ilə, müstəqil müşahidəçilərin nəzarəti altında müəyyən ediləcək və lotereyanın keçirilməsindən sonrakı üç iş günü ərzində qələbə haqqında xəbərdar ediləcəkdir. Uduşun başa çatması haqqında məlumat KİV-də dərc olunacaq.

Lotereyada iştirakdan əlavə, bütün "Milyonçu" əmanətçiləri öz vəsaitlərini sərfəli faiz dərəcəsi ilə - illik 13 faizlə yerləşdirə bilərlər. Zərurət olduqda, müştəriyə əmanətin məbləğinin 50 faizi ölçüsündə, depozit üzrə faiz dərəcəsi +3 faizə bərabər olan faiz dərəcəsi ilə kredit xətti təqdim ediləcək. Əmanətin məbləği 10 min manat, dollar və ya avroya qədər olduqda, müştəriyə pulsuz olaraq Visa Classic və ya MC Standard, əmanətin məbləği 10 001-dən 50 min manat, dollar və ya avroya qədər olduqda Visa Gold və ya MC Gold, əmanətin məbləği 50 001 manat, dollar və ya avroya qədər və daha artıq olduqda isə Visa Platinum və ya MC Platinum plastik kartı təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti