Azərbaycan, Bakı, 13 may / Trend , müxbir E.İsmayılov /
Gürcüstanın Qara dənizdə yerləşən Poti limanına aparan giriş kanalında dənizin dibinin dərinləşdirilməsi üzrə işlər başa çatdırılıb. Bu barədə çərşənbə günü limanda vəziyyət ilə tanış olan mənbə bildirib. Limanda dərinləşdirmə işlərinin aparılmasında əsas məqsəd böyük tonnajlı gəmilərin qəbul edilməsindən ibarətdir.
Dənizin dibinin dərinləşdirilməsi işlərini Marieke (Lüksemburq) yerqazan maşını həyata keçirib. İşlərə martda başlanıb və 70 gün ərzində davam edib.
Müqaviləyə əsasən, Belçikanın DEME şirkəti (dibin dərinləşdirilməsi işləri, ətraf mühitin mühafizəsi və dəniz texnikası) limana giriş kanalının və xüsusi filtirin dibinin dərinləşdirilməsi işlərini aparıb. Dərinləşdirmə işləri prosesində kanaldan təqribən 1 mln. kubmetr torpaq götürülüb. Müqaviləyə əsasən, giriş kanalı 12,5 metrədək dərinləşdirilib.
Limanın rəsmi saytında bildirilir ki, ümumilikdə Poti limanında 15 terminal var.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]