...

Bakıda "Baltika" şirkətinin istehsalat xətti işə düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2009 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir Ü.İsmayılova /

Ötən il Bakıda "Bakı-Kastel" zavodunu almış Rusiyanın nəhəng "Baltika" pivə zavodu yay mövsümü ərzində 5 dekalitr pivə istehsal etmək niyyətindədir. Bu barədə şirkətin prezidenti Anton Artyomov Bakıda "Baltika" xəttinin təqdimatında deyib. 

"Gələcəkdə istehsal həcmini ildə 10 dekalitrədək artırmaq nəzərdə tutulub", - Artyomov bildirib.

Təqdimat zamanı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib ki, "Baltika" tərəfindən yatırılan vəsait Azərbaycan iqtisadiyyatına daxil edilən ən böyük Rusiya investisiyalarındandır. Zavodun modernləşdirilməsinə 20 milyon dollar vəsait sərf edilib.

"İnanırıq ki, zavod keyfiyyətli məhsul istehsal edəcək, yeni iş yerləri açılacaq, Azərbaycan büdcəsinə daxil olan vergilər artacaq, eləcə də məhsulun ixracı hesabına xarici ticarət inkişaf edəcək", - səfir qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti