...

Qazaxıstan konteyner qatarlarının tam olaraq TRACECA dəhlizi ilə hərəkətinə yardım etməyə hazırdır: nəqliyyat və kommunikasiya naziri ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2009 11:16 (UTC +04:00)
Qazaxıstan konteyner qatarlarının tam olaraq TRACECA dəhlizi ilə hərəkətinə yardım etməyə hazırdır: nəqliyyat və kommunikasiya naziri ilə müsahibə

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir E.İsmayılov /

Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Abelqazi Kusainovla Trend -ın müsahibəsi.

- Yeni dəmiryolun modernizasiya, təkmilləşdirilmə və inşası istiqamətində Qazaxıstanda hansı işlər görülür?

- Apreldə Qazaxıstanın Xəzəryanı ərazilərinin infrastrukturunun inkşafına şərait yaradacaq Yeraliyevo-Kurık dəmiryolunun tikintisinə başlamışıq. Yeraliyevo-Kurı dəmiyolunun müvəqqəti istismara verilməsi 2010-cu ilin ikinci rübünə nəzərdə tutulub. Sözügedən dəmiryol xəttinin uzunluğu 14,4 kilometr, nəzərdə tutulan yükdaşıma həcmi isə 5,5 milyon ton təşkil edəcək. Layihənin reallaşdırılması 7,57 milyard tenge dəyərində qiymətləndirilir.

Qazaxıstanın Türkmənistan, İran və Fars körfəzinin digər ölkələri ilə birbaşa əlaqə yaratması üçün 2009-cu ilin dördüncü rübündə Üzən-Türkmənistan dövlət sərhədi dəmiryolunun inşasına başlanacaq. "Üzən-Türkmənistan sərhədi" layihəsi Türkmənistan və İran tərəfindən həyata keçirilən Üzən-Qızılqaya-Bərəkət-Etrek-Gürgan layihə xəttinin bir hissəsidir.  

Qazaxıstanın cənub regionlarından Çinə olan məsafəni 500 km qısaldacaq Çinlə dəmiryol keçidində ikinci sərhəd məntəqəsinin açılması üçün Korqas-Jetıgen dəmiryolunun inşası nəzərdə tutulub. Onun inşasını cari ilin iyulunda başlamaq və 2010-cu ildə bitirmək nəzərdə tutulub.

Birinci ildə nəzərdə tutulan yükdaşıma həcmi 5-6 milyon ton təşkil edəcək.

- Su nəqliyyatı sahəsində necə?

- Bu sahədə hazırda məqsədyönlü iş aparılır. Xüsusən də Aktau limanının gücünün artırılması üçün 2012-ci ilədək əlavə 4 neftdoldurma körpülərinin, 3 quru yük körpüsünün mühafizə hidroqurğularının inşası nəzərdə tutulub. Bütün bunlar Aktaunun gücünü 20 milyon ton neftdoldurma və 3 mlyon ton quru yük üzrə artıracaq. Aktaunun neftaşırma üzrə hazırkı gücü ildə 10 milyon tona bərabərdir.

Neft-qaz layihələrinin reallaşdırılması ilə bağlı olaraq cari ildə Qazaxıstanda Yeraliyevo-Kurık dəmiyolunun inşasına başlanılıb. İlin ikinci hissəsində kiçik gəmilərin təmiri və xidməti üzrə Bautino limanında zavod inşasını başa vuracağıq. Zavod çox da iri olmayan gəmiləri təmir etməyi nəzərdə tutur (maksimal uzunluğu 60, çəkisi 600 ton). Zavodun gücü bir körpü divarı yanında eyni zamanda 6-8 gəmiyə xidmət göstərməyə yetəcək. Zavod ildə 40-50 gəmiyə xidmət göstərmək iqtidarında olacaq.

- Ölkələrimiz konteyner daşımaları sahəsində əməkdaşlıq təcrübəsinə malikdir. Poti-Bakı-Aktau-Alma-Ata marşrutu üzrə potensial müştəriləri cəlb etməkdən ötrü nümunə konteyner qatarı buraxılıb. Bu istiqamətdə əməkdaşlığın davamında Qazaxıstan maraqlıdırmı?

- Hazıda Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizi çəçivəsində qarşılıqlı Poti-Bakı-Aktau-Alma-Ata konteyner dəmiryolu əlaqəsi istiqmətində mütəmadi işlər aparılır. Demək istəyirəm ki, konteyner qatarının sözügedən istiqamətdə tam fəaliyyət göstərməsi üçün əngəllər var. Əsasən də Naxodka-Vostoçnaya, Novorossiysk limanlarında servisin olması ilə bağlı yük yollayanlar alışdıqları marşrutu Poti-Bakı-Aktau-Alma-Ata maşrutuna dəyişməkdə tələsmirlər. Bu istiqamətdə yüklərin bir neçə sərhəddən keçməsi müəyyən texniki çətinliklər törədir.

Bununla yanaşı, Qazaxıstan konteyner qatarlarının tam olaraq TRACECA dəhlizi ilə hərəkətinə yardım etməyə hazırdır. Biz keyfiyyətli dəmiryol xidməti, qatarların bizim ərazidən maneəsiz keçməsini və əlverişli tariflər təqdim edə bilərik.

- Fikrinizcə, TRACECA dəhlizinin effektivliyinin artırılmasmı üçün hansı tədbirlər görülməlidir?

- TRACECA Qazaxıstanın önəm verdiyi ən perspektivli layihələrdən biridir. Ölkəmizin coğrafi imkanı Çindən Qərbi və Şərqi Avropaya, Cənubi Qafqaza, İrana və Türkiyəyə yük təchiz etməyə imkan verir. TRACECA Asiya (Çin)-Avropa şəbəkəsində transkontinental dəhliz funksiyasını yerinə yetirə bilər.

Lakin yeni iqtisadi şərait və çağırışları nəzərə alsaq sözügedən marşrutun dərin təhlilini aparmaq vacibdir. Dəhlizin digər alternativ dəhlizlərlə rəqabət bacarığını öyrənmək lazımdır. Aİ-nin TRACECA çərçivəsində gördüyü tədbirlərin təhlili, dəmiryolla konteynerlərdə, avtomobil və dəniz nəqliyyatı ilə yük daşımalarına görə tariflərin gözdən keçirilməsi də vacibdir.

Asiyadan Avropaya sərfəli şərtlər əsasında alternativ marşrutların olduğunu nəzərə alsaq hesab edirik ki, TRACECA üzrə daşımaların inkişafı uzun və ağır prosesdir. Müəyyən etibar qazanmaqdan ötrü yeni xidmət və keyfiyyət standartlarına müraciət etmək və çevik tarif syasəti aparmaq lazımdır.  

Düşünürəm ki, dəhliz boyunca vahid nəqliyyat siyasətinin yaradılması üçün işləri davam etdirmək lazımdır. Əsas məsələ hüquqi maneələrin aradan qaldırılmasıdır və bundan ötrü bütün TRACECA-nın inkişafında maraqlı olan ölkələrin birgə səyi vacibdir. Görülən işlərin nəticəsi olaraq ölkələr tərəfindən vahid nəqliyyat-gömrük əlavə xərc sisteminin yaradılması olmalıdır. Yüklərin bu və ya digər vaxtda harada olduğunu dəqiqləşdirmək üçün texniki təminat çox vacib məsələdir. 

- Qazaxıstan Xəzər dənizində neft-qaz əməliyyatlarına istiqamətlənmiş və yüklərin nəql edilməsi üçün öz donanmasını yaradır. Qazaxıstanın yeni gəmilər əldə etmək niyyəti varmı? Və sizdən ötrü yükdaşımalarının hansı istiqamətləri daha çox cəlbedicidir?

- Hazırda "Kazmortransflot" yüktutma həcmi 12 min ton olan üç neftdoldurma tankeri istismar edir. 2012-ci ilə kimi daha bu tipli 3 tankerin inşa ediləcəyi planlaşdırılır.

Hazırda Aktaudan neft nəqlinin əsas istiqaməti Mahaçqala, Neka və Bakı Xəzər limanlarıdır. 2008-ci ildə 5,9 milyon tondan artıq neft daşınıb. Gələcəkdə Qazaxıstan neftinin Qara dəniz vasitəsi ilə nəqli planlaşdırılır.

2008-ci ildə süni adaların inşası aparılan sahələrə Bautino limanından həyata keçirilən daşımaların həcmi 1,7 milyon ton təşkil edib. Gələcəkdə daşınmanın həcmini ildə 2 milyon tonadək artırmaq nəzərdə tutulur.

- Dünya maliyyə böhranı nə dərəcədə Aktau limanı vasitəsilə taxıl daşınmasına təsir edib və sözügedən liman kompleksinin gələcəkdə genişləndirilməsi nəzərdə tutulubmu?

- Cari ilin yanvar-mart ayları ərzində Aktau vasitəsi ilə taxıl daşınmasının həcmi 58 min ton təşkil edib. Ötən ilin birinci rübündə isə bu rəqəm 42 min ton olub. Ümumilikdə 2008-ci ildə Aktau vasitəsilə taxıl aşırması 266 min ton təşkil edib və 2007-ci ilin yekununda bu rəqəm 187 min tona bərabər olub.

Hazırda "Ərzaq korporasiyası" SC Aktau limanında yerləşən taxıl terminalının ildə 1,5 milyon tona qədər genişləndirilməsinin layihə gücünü öyrənir. Terminalın indiki tutumu isə 600 min ton təşkil edir. Terminalın birdəfəlik saxlama həcmi 25 min tondur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti