...

Azərbaycan Dövlət Dəmir Yolu "donuz qripi"nin yayılması ilə bağlı təşviqat işləri görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2009 16:58 (UTC +04:00)
Azərbaycan Dövlət Dəmir Yolu "donuz qripi"nin yayılması ilə bağlı təşviqat işləri görür

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir E.İsmayılov /

Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) dünyada yayılmış A/H1N1virusunun (donuz qripi) epidemiyası ilə bağlı ölkənin dəmiryol vağzallarında təşviqat işləri aparır. Bu barədə çərşənbə axşamı ADDY-nin mətbuat xidmətinin rəhbəri Nadir Azməmmədov bəyan edib.

"Vağzallarda müntəzəm olaraq təşviqat işləri görülür, xəstəliyin simptomları və təhlükəsizlik tədbirləri barədə məlumatlar verilir", - Azməmmədov deyib.

Onun sözlərinə görə, həkim-sanitar xidməti marşrutlarda çalışan bələdçi heyətləri ilə müntəzəm olaraq seminarlar keçirir və əməkdaşlara xəstəliyin simptomları və sərnişinlərdə xəstəliyin olması şübhəsi yarandıqda görülməli tədbirlər izah olunur.

"Bu istiqamətdə tərəfimizdən görülən işlər təşviqat xarakteri daşıyır", - Azməmmədov bildirib.

A/H1N1 virusu artıq İranda da aşkar olunub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın 99 ölkəsində 52 160 insanın A/H1N1 qripinə yoluxması barədə məlumatı təsdiq edib. Qripə yoluxmuş 231 insan vəfat edib. ÜST iyunun 11-də ilk dəfə olaraq 40 il ərzində rəsmi olaraq A/H1N1 virusunun dünyada sürətlə yayılması ilə bağlı pandemiya təhlükəsinin 6-cı səviyyəyə (maksimal səviyyə) çatması barədə məlumat verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti