...

Azərbaycan Vergilər Nazirliyinin yeni strukturu yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2009 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir N.İsmayılova /

Azərbaycan vergilər nazirinin sərəncamına əsasən, Daxili audit üzrə baş idarənin və Daxili təhlükəsizlik üzrə idarənin bazası əsasında Daxili təhlükəsizlik üzrə baş idarə yaradılıb. Bu barədə yeni yaradılmış idarənin rəhbəri Vidadi Məmmədov nazirliyin rəsmi nəşri "Vergilər" qəzetinə müsahibəsində bildirib.

Məmmədovun sözlərinə görə, yeni strukturun yaradılmasında əsas məqsəd korrupsiyaya qarşı mübarizə çərçivəsində görülən işlərin səmərəliliyinin artırılması, xüsusən də səlahiyyətlərin dəqiq müəyyən edilməsi, eləcə də bu iki strukturun fəaliyyətinin təkrarlanmasının aradan qaldırılması, heyətdən effektli və daha düzgün istifadə etməkdir.

Daxili təhlükəsizlik üzrə baş idarənin qarşısına qoyulmuş əsas tapşırıq vergi ödəyicilərinin vergi orqanları əməkdaşlarından korrupsiya mövzusunda və digər hüquqpozmalarla bağlı şikayətlərinin analizlərinin aparılması, şikayətlərin araşdırılması, vergi ödəyicilərinin hüquq pozuntularının üzəçıxardılması və qarşısının alınması ilə bağlı təhlükəsizlik tədbirlərinin görülməsi və daxili audit, vergi sistemində korrupsiya faktlarının qarşısının alnması üçün proflaktik tədbirlərin tətbiq edilməsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti