...

Bakının torpaq bazarına bir sotu 320 min dollar olan ərazi təklif olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2009 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir Ü.İsmayılova /

"Mayda ən bahalı torpaq sahəsi Bakının Nərimanov rayonunda təklif olunub - sotu 320 min dollar. Ən ucuzunun qiyməti isə Sabunçu rayonunda sotu 350 dollara təklif olunub", - bazar ertəsi "Əmlak bazarının iştirakçıları" İctimai Birliyindən deyilib.

Bakıda bir sotun orta qiyməti aprelə nisbətən 3,2 faiz azalaraq 20,07 min dollara enib. Ərazilərin ekspozisiyasının müddəti 2,2 faiz artaraq 226 günə çatıb. Qiymətlərin kəskin azalması Bakının Səbayel rayonunda 3,8 faiz həcmində müşahidə olunub.

Bakının Qaradağ rayonunda qiymətlərdə 0,1 faizlik artım müşahidə olunub ki, bu da həmin ərazidə böyük ticarət mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədardır.

Mayda ən passiv rayon Nəsimi, ən aktiv rayonlar isə Binəqədi və Nərimanov olub.

Toplu cədvəl Bakıda şəhərin zonalar üzrə torpaq sahələrinin qiymət dəyişməsini göstərir:

Şəhərin zonası

Sotun qiyməti ($)

Qiymətlərin orta dəyişmə faizi

I

207205

-0,4

II

121656

-1,3

III

27530

-4,6

IV

5633

-3,9

Mayda bazara təklif olunan 813,2 hektar torpağın 77 faizini boş ərazilər təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti