...

Bank Melli Iran-ın Bakı filialı özəl plastik kartlarının emissiyasını ertələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2009 14:18 (UTC +04:00)
"Bank Melli Iran-ın Bakı filialı özəl plastik kartlarının emissiyasını ertələyib", - bazar ertəsi bankın filialının direktor müavini Anar İbrahimov deyib.

Azərbaycan, Bakı, 20 iyul / Trend , müxbir N.İsmayılova /

"Bank Melli Iran-ın Bakı filialı özəl plastik kartlarının emissiyasını ertələyib", - bazar ertəsi bankın filialının direktor müavini Anar İbrahimov deyib.

"Ortaya çıxan texniki problemlər üzündən bankın özəl lokal kartlarının bazara çıxarılması avqusta qədər ertələnib", - İbrahimov bildirib.

Bir müddət əvvəl Bank Melli Iran Azərbaycanda öz bankomat və POS-terminallarını qurmaq və müştərilərə iyunun sonunda plastik kart verilməsinə başlamağı planlaşdırırdı. Bank bu prosesin başlanması üçün bütün lazımi işləri artıq başa çatdırıb.

Bank İran Milli Bankının filialı olduğundan onun fəaliyyəti müəyyən qədər məhduddur. Buna görə də Bank Melli Iran müştərilərinə MasterCard və Visa beynəlxalq ödəmə sistemlərini dəstəkləyən plastik kartlarını müştərilərinə təqdim edə bilmir. Bankın məqsədi lokal kartlara xidmətdir.

Mayın 1-nə Bank Melli Iran-ın Bakı filialının kredit portfeli 6,26 milyon manat, depozit portfeli - 2,39 milyon manat təşkil edib. Bankın aktivləri 18,95 milyon manat, nizamnamə kapitalı - 10,1 milyon manat, məcmu kapitalı - 11,481 milyon manatdır. Bu ilin ilk beş ayı ərzində Bankın gəliri 163,97 min manat təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti