...

Qazaxıstan 2009-cu ildə taxıl ixracına dair planları barədə məlumat verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2009 18:18 (UTC +04:00)
Qazaxıstanın taxıl ixracı potensialının cari ildə keçən ildəki qalıqla birlikdə 7-8 milyon ton təşkil edəcəyi güman olunur ki, bu da keçənilki miqdarı 2 milyon ton üstələyəcək. Bu barədə Trend Capital-ın xüsusi müxbirinə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Qazaxıstan, Astana, 22 iyul / Trend , müxbir K.Konırova /

Qazaxıstanın taxıl ixracı potensialının cari ildə keçən ildəki qalıqla birlikdə 7-8 milyon ton təşkil edəcəyi güman olunur ki, bu da keçənilki miqdarı 2 milyon ton üstələyəcək. Bu barədə Trend -ın xüsusi müxbirinə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

"Bu il Qazaxıstan yalnız özünü taxılla təmin etməyəcək, həm də onu dünya bazarına çıxara biləcək. Qazaxıstandan taxıl ixracının əsas istiqamətəri Zaqafqaziya, Mərkəzi Asiya ölkələri, İran və Əfqanıstandır", - idarədən bildiriblər.

Bundan əlavə, Qazaxıstanın kənd təsərrüfatı naziri Akılbek Kerişbayevin bir müddət əvvəl dediyi kimi, Qazaxıstan taxılının Ukraynada məhsulun azalması ilə əlaqədar olaraq oraya ixracı da istisna olunmur.

Nazirliyin məlumatına görə, cari ildə əkin sahələri 21,3 milyon hektar təşkil edib ki, bu da ötənilki səviyyədən 1,7 milyon hektar çoxdur.

"Dizel yanacağına olan tələbatı ödəmək üçün sahələr şərti olaraq neft emalı zavodlarının (NEZ) adına keçirilib. Əsas resurs sahibləri ilə yığım işinə dizel yanacağı tədarükü barədə Atırausk və Pavlodarsk NEZ-ləri ilə tonuna 55000 təngə (46,2 təngə/litr) və 50733 təngə (42,6 təngə/litr) qiymətinə Şımkent NEZ-lə razılıq əldə olunub (1$-150 təngə)", - nazirlikdən bildirilib.

Respublika üzrə dizel yanacağı ilə təminolunma 23,8 faiz və ya 92,6 min ton təşkil edir (2008-ci ildə 17,7 faiz). NEZ sahələrə 20,56 min ton göndərir: Atıraus NEZ - 9,8 min ton; "PetroKazaxıstan"-9,6 min ton, Pavlodar Neft Kimya zavodu - 1,1 min ton.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti