...

Azərbaycanda mənzil sertifikatlarının buraxılışı il ərzində 70% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2009 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir N. İsmayılova /

2009-cu ilin ilk yarımilində Azərbaycanda 271,1 milyon manta məbləğində predmeti 71,742 min kvadrat metr yaşayış sahəsi olan mənzil sertifikatlarının buraxılışı (263 ədəd) qeydiyyatdan keçib. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən verilən məlumatda deyilir.    

Keçən ilin müvafiq dövrü ilə müqayisədə buraxılışların sayı 70 faiz, bu sertifikatlar vasitəsilə satılmış əmlak sahələri isə beş dəfə artıb.

Hesabat dövrü ərzində 55 ipoteka kağızı yazılıb, ikinci yarımildə ipoteka kağızlarının buraxılışının genişləndiriləcəyi gözlənilir, Komitənin məlumatında deyilir.

Hesabat dövrü ərzində ümumi məbləği 256,3 milyon manat olan dörd veksel buraxılışı qeydiyyatdan keçib ki, bu, keçən ilin müvafiq dövrünün göstəricisini 6,4 dəfə ötüb. 

Azərbaycanda qiymətli kağızlar bazarında ümumi həcm 2009-cu ilin birinci yarımili ərzində 2,356 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 32 faiz azdır.

İyulun 25-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti