...

Dünya Bankı Azərbaycanın avtomobil yollarının yenidən qurulması üçün kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2009 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul / Trend /

Azərbaycan Nəqliyyat Nazlirliyi və Dünya Bankı Azərbaycanda magistral yolların II layihəsi çərçivəsində ikinci əlavə maliyyələşdirmə və kredit müqaviləsi haqqında müqavilə imzalayıb, bu barədə Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

63 milyon dollar həcmində ikinci əlavə maliyyələşdirmə haqqında müqavilə Beynəlxalq İnkişaf Assosiasiyası ilə (DB), 112 milyon dollar məbləğində kredit müqaviləsi isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (DB) ilə imzalanıb.

Kreditin ümumi məbləği 258 milyon dollar təşkil edir, əlavə maliyyələşdirilmə haqqında müqavilənin nəzərdə tutduğu 175 milyon dollar Hacıqabul-Bəhramtəpə regionunda şəhər mərkəzləri arasında nəqliyyat hərəkətinin inkişafına sərf ediləcək. Layihə çərçivəsində magistral yolun 116 kilometrində və yerli yolların 200 kilomterində yenidənqurma işləri həyata keçiriləcək  

Beynəlxalq İnkişaf Assosiasiyanın krediti 10 il güzəştli olmaqla 20 il müddətinə ayrılıb, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən ayrılan kredit isə dörd il güzəştli olmaqla 17 müddətinə verilib.

Azərbaycan Dünya Bankı ilə 1992-ci ildən əməkdaşlıq edir və indiyə kimi DB iki milyard dollar məbləğində 45 layihənin maliyyələşdirilməsini öz öhdəsinə götürüb.

Xəbər lenti

Xəbər lenti