...

Azərbaycan bankı Bank Standard İpoteka Fondunun xətti ilə 30 ipoteka krediti verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2009 13:50 (UTC +04:00)
Azərbaycan bankı Bank Standard ölkədə ipotekanın bərpasından bəri Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 30 ipoteka krediti verib.

Azərbaycan, Bakı, 03 avqust / Trend , müxbir N. İsmayılova /

Azərbaycan bankı Bank Standard ölkədə ipotekanın bərpasından bəri Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 30 ipoteka krediti verib. Bu barədə bankdan deyilib.  

Hesabat dövrü ərzində bank 1,25 milyon manat məbləğində ipoteka kreditləri verib. Bankdan deyildiyi kimi, verilmiş 30 kreditdən 3-ü sosial ipoteka, 27-si isə kommersiya kreditidir.  

Bank xüsusi ipoteka proqramını da davam etdirir. Bankın ümumi ipoteka portfeli 15 milyon manatdır. AİF-dən 2009-cu ildə ipoteka kreditlərinin verilməsi üçün banka ayrılmış portfelin birinci həcmi 2 milyon manat təşkil edir.

İpoteka kreditinin başlaması ilə əlaqədar olaraq 17 bank, 7 qiymətləndirmə və 10 sığorta şirkəti AİF-in səlahiyyətlisi kimi təsdiq olunub.

İpoteka kreditləşməsinin şərtləri bunlardır: kreditlər milli valyuta - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir, ipotekanın obyekti yalnız mənzil və şəxsi ev ola bilər, ipoteka kreditləşməsinin məbləği bazar qiymətlərinin 85 faizini keçməməlidir, kredit üzrə aylıq ödəmə borc götürənin aylıq gəlirinin 70 faizini keçməməlidir, həyat sığortasının məbləği ipoteka kreditindən çox olmalıdır və s.. 

Güzəştli şərtlərlə kredit şəhid ailələrinin üzvlərinə, milli qəhrəmanların ailə üzvlərinə, məcburi köçkünlərə, 3 ildən çox stajı olan dövlət qulluqçularına, elmləri namizədi və doktorluq dərəcəsi olanlara, idman sahəsində xidməti olan şəxslərə, eləcə də minimum xidmət müddəti üç il olan hərbçilərə verilir.   

Hər ailənin bir dəfə güzəştli ipoteka krediti almaq hüququ var.

Azərbaycanın dövlət büdcəsində 2005-2008-ci illərdə AİF vasitəsilə ipotekanın maliyyələşməsi üçün 94 milyon manat nəzərdə tutulub. Bu məbləğdən banklar vasitəsilə 70 milyon manatdan çox vəsait verilib.

2009-cu il üçün dövlət büdcəsində sosial ipotekanın maliyyələşməsi üçün 14 milyon manat nəzərdə tutulub.

Avqustun 3-nə olan cari məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti