...

Aqrolizinq böyük sayda kənd təsərrüfatı texnikası almaq niyyətini bildirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2009 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir N.İsmayılova /

Aqrolizinq ASC tender yolu ilə 150-160 at gücündə olan 180 taxılyığan kombayn almağı planlaşdırır. Bu barədə şirkətin məlumatında bildirilir.

Tenderdə iştirak etmək üçün namizədlər öz sənədlərini (tender təklifi və tender təklifinin dəyərinin 2 faizi ölçüsündə bank zəmanətindən başqa) bu il sentyabrın 3-nə, təkliflərini sentyabrın 10-dək təqdim etməlidirlər.

Tenderdə qalib gələn namizədlər DDP Inkoterms-2000 şərtləri əsasında müqavilə imzalanmasından 90 gün müddətində texnikaları Aqrolizinq-ə təqdim etməlidirlər.

Tender təklifləri sentyabrın 11-də Aqrolizinqdə namizədlərin və ya onların səlahiyyətlıi nümayəndələrinin iştirakı ilə açılacaq.

Aqrolizinq ASC-nin xüsusi investisiya proqramına əsasən, 2008-2015-ci illərdə müasir avadanlıqlarla təchiz edilmiş təmir emalatxanalarının inşası, 20 rayonda aqrotexnikiservis filiallarının maddi-texniki bazasının yaxşılaşdırılması, Gəncə və Xaçmazda təminat bazalarının bərpası, İmişli və Cəlilabadda 10-15 min ton tutumlu gübrələnmə üçün iki loqistik bazaların inşası planlaşdırılır.             

Aqrolizinq ASC Kənd Təsərrüfatı Nazirliyinin balansındadır. Hazırda ASC-nin 9 regional aqrostexnikiservis təchizat bazası və işğal olunmuş ərazilər istisna olmaqla Azərbaycanın bütün rayonlarında 50-dən çox aqroservis filialı var.

2005-ci ildən 2008-ci ilədək Aqrolizinq dövlət büdcəsindən 133 milyon manat alıb. Bu məbləğdən 76,6 milyon manat kənd təsərrüfatı texnikasının alınmasına, 7,4 milyon manat texnoloji təchizata, 4,9 milyon manat isə pestisidlərə və gübrələnməyə sərf edilib.   

Bu dövr ərzində 500-dən çox taxılyığan maşın, 1,5 min traktor, 30 mini traktor, 120 ekskavator, dörd mindən çox müxtəlif adda kənd təsərrüfatı texnikası alınıb.  

2009-cu ildə dövlət büdcəsindən Aqrolizinq ASC üçün əvvəlki illərdə olduğu kimi, 37,5 milyon manat ayrılıb.

Avqustun 6-na olan cari məzənnə 0,8041 AZN/USDD təşkil edir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti