Azərbaycan, Bakı, 17 avqust / Trend , müxbir N.İsmayılova /
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0003 bənd möhkəmlənib (0,03 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80418 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi avqustun 10, 11 və 12-də 1 ABŞ dolları üçün 0,8043 manat, minimum isə avqustun 13 və 14-də 1 ABŞ dollarına 0,8040 manat müəyyən olunub.
|
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi |
|||
|
3 avqust |
0,8042 |
10 avqust |
0,8043 |
|
4 avqust |
0,8042 |
11 avqust |
0,8043 |
|
5 avqust |
0,8041 |
12 avqust |
0,8043 |
|
6 avqust |
0,8041 |
13 avqust |
0,8040 |
|
7 avqust |
0,8042 |
14 avqust |
0,8040 |
|
Həftə ərzində orta məzənnə |
0,80416 |
Həftə ərzində orta məzənnə |
0,80418 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0007 bənd (0,07 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80382 manat səviyyədə müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0):, avqustun 10-da - 0,8034 AZN/USD məzənnəsi ilə $0,65 mln.,avqustun 11-də sövdələşmələr həyata keçirilməyib və buna görə məzənnə əvvəlki gün qeydə alınan səviyyədə -0,8034 səviyyəsində qalıb, avqustun 12-də - 0,8041 AZN/USD məzənnəsi ilə $3,4 mln., avqustun 13 və 14-də - sövdələmələr həyata keçirilməyib, və məzənnə əvvəlki səviyyəsində - 0,8041 AZN/USD səviyyəsində saxlanılıb.
|
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi |
|||
|
3 avqust |
0,8037 |
10 avqust |
0,8034 |
|
4 avqust |
0,8038 |
11 avqust |
0,8034 |
|
5 avqust |
0,8038 |
12 avqust |
0,8041 |
|
6 avqust |
0,8034 |
13 avqust |
0,8041 |
|
7 avqust |
0,8034 |
14 avqust |
0,8041 |
|
Həftə ərzində orta |
0,80362 |
Həftə ərzində orta |
0,80382 |
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti sabit qalıb. Özəlləşdirmə çeklərinin alışı 9 manat, satışı isə 10 manata həyata keçirilib.
Artıq bir neçə aydır ki, çeklərin qiyməti sabit qalır ki, bu da Əmlak məsələləri üzrə Dövlət Komitəsinin yeni strukturunun formalaşması və yenidən təşkili ilə əlaqədar olaraq dövlət mülkiyyətinin özəlləşdirilməsi templərinin azalması ilə izah olunur.
Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]