...

Azərbaycan İpoteka Fondu bazar tərəfdaşlarının siyahısını genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2009 12:00 (UTC +04:00)
Azərbaycan İpoteka Fondu bazar tərəfdaşlarının siyahısını genişləndirib

Azərbaycan, Bakı, 22 avqust / Trend , müxbir Ü.İsmayılova/

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu (AİF) səlahiyyətli bank, sığorta və qiymətləndirmə şirkətlərinin siyahısını genişləndirib. Bu barədə şənbə günü AİF-dən məlumat verilib.

AİF-in yeni səlahiyyətli sığorta şirkətləri Xalq Sigorta, AzSigorta və Qarant Sigorta olub. İpoteka kreditlərinin qiymətləndiricilərinin siyahısına Azərekspertiza və REC-Invest şirkətləri qoşulublar. AİF xətii ilə kredit vermək hüququna malik olan bankların sırasına Royal Bank da daxil olub.

Beləliklə, səlahiyyətli kredit təşkilatlarının (bankların) sayı 18-ə çatıb - Azərbaycan Beynəlxalq Bankı, Azərdəmiryolbank, AGBank, AtaBank, Bank Avrasiya, Bank of Azerbaijan, Bank Standard, Bank Respublika, Gəncəbank, Kapital Bank, UniBank, Pasha Bank, Muğanbank, Texnikabank, Turanbank, Xalq Bank, Zaminbank və Royal Bank.    

Sığorta şirkətlərinin - AİF-in agentlərinin sayı artıq 13 olub - Dövlət Komersiya Sığorta Şirkəti, Alfa Sigorta, AtaSigorta, Ateshgah, Basak-Inam, Beynəlxalq sığorta şirkəti, MBASK, Pasha Sigorta, Standard Insurance, Bakı Sigorta, Xalq Sigorta, AzSigorta və Qarant Sigorta. Fondun tərəfdaşı olan qiymətləndiricilərin sayı doqquza çatıb - AzIntellekt Servis, IVC beynəlxalq qiymətləndirmə mərkəzi, Biləndər, KONEKO, MBA LTD, VESKO, MAK Consultancy Baku Ltd., Azerekspertiza və REC-Invest.

2009-cu ilin iyununa, ipoteka kreditləşməsinin bərpasına qədər Fondun səlahiyyətli təşkilatı kimi 23 bank, 11 sığorta və 13 qiymətləndirmə şirkəti çıxış edib.

AİF kreditlərin verilməsini vəsait çatışmazlığına görə 2007-ci ilin yayında dayandırıb.  

2005-2008-ci illərdə AİF vasitəsilə ipotekanın maliyyələşdirilməsi üçün Azərbaycanın dövlət büdcəsindən 94 milyon manat ayrılması nəzərdə tutulub. Banklar vasitəsilə bunun 73 milyon manatdan çoxu verilib.

2009-cu il üçün dövlət büdcəsində sosial ipotekanın maliyyələşdirilməsinə 14 milyon manat nəzərdə tutulub. Bundan əlavə, AİF 55 milyon manatlıq istiqrazlar buraxıb. Bunun 25 milyon manatı artıq yerləşdirilib.

Avqustun 22-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti