...

Azərbaycanda daha bir sığorta şirkətinin adı dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2009 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir Ü.İsmayılova /

Səhmdarların qərarı ilə Azərbaycanın sığorta şirkəti ASC Star Alyans Sığorta adını ASC Rəvan Sığorta olaraq dəyişib. Bazar ertəsi şirkətdən bildiriblər.

"Şirkət yeni adla - ASC Rəvan Sığorta adı ilə 21 avqustda dövlət qeydiyyatından keçib", - şirkətdən xəbər verilib.

ASC Star Alyans Sığorta Azərbaycan bazarında 1998-ci ildən fəaliyyət göstərir, Efsen Group şirkətlər qrupuna daxil olub. Lakin 2007-ci ildə "Nurgün" şirkətlər qrupuna satılıb.

Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, şirkət birinci yarımildə 0,48 milyon manat ödəmələrlə 1,16 milyon manat sığorta pulu toplayıb. Nizamnamə kapitalı 1,96 milyon manat təşkil edir. Şirkət iki icburi və on doqquz könüllü sığorta növü üzrə xidmət göstərir.

Avqustun 24-nə olan rəsmi məzənnə 0,8039 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti