Azərbaycan, Bakı, 16 sentyabr / Trend /
Koreyanın Daewoo şirkəti və Azərbaycanın City Bus şirkəti 1000 avtobusun tədarükü üzrə çərşənbə günü müqavilə imzalayıb. Bu barədə Azərbaycanın Nəqliyyat Nazirliyinin məlumatında deyilir.
Tədarüklərin nə vaxt başlanılacağı məlum deyil, lakin tədarükün vaxtaşırı həyata keçiriləcəyi bildirilir.
Avtobusların tədarükü Bakının nəqliyyat infrastrukturunun yüngülləşdirilməsi layihəsi çərçivəsində həyata keçirilir.