...

Azərbaycan bankı beynəlxalq maliyyə institutları ilə müqavilə bağlamaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2009 16:01 (UTC +04:00)
Azərbaycan bankı Bank Respublikanın səhmdarlarının növbədənkənar iclası oktyabrın 30-da baş tutacaq.
Azərbaycan bankı beynəlxalq maliyyə institutları ilə müqavilə bağlamaq niyyətindədir

Azərbaycan, Bakı, 28 sentyabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycan bankı Bank Respublikanın səhmdarlarının növbədənkənar iclası oktyabrın 30-da baş tutacaq. Bu barədə maliyyə institutunun məlumatında deyilir.

Ümumi iclasda gündəliyin təsdiqlənməsi və beynəlxalq maliyyə institutları ilə müqavilələrin imzalanması planlaşdırılır.

Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) məlumatında deyildiyi kimi, BMK-nın Direktorlar Şurası Bank Respublikaya 20 milyon dollar həcmində vəsaitin ayrılmasını planlaşdırır. Kredit vəsaiti mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Bank Respublika öz fəaliyyətinə 22 may 1992-ci ildə pərakəndə satış üzrə bank xidmətləri göstərən özəl səhmdar kommersiya bankı kimi başlayıb. Bankın şəbəkəsi 33 filial və xidmət məntəqəsini əhatə edir. Bu, 2008-ci ilin sonuna 478 milyon dollarlıq ümumi aktivlə və 312 milyon dollar kredit portfeli ilə Azərbaycanın altıncı ən böyük bankıdır.

Bankın səhmdarları sırasında səhmdar kapitalının "25% + 1 səhm" paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı - KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust təmsil olunur. Bankın səhmdarlarının strukturu belədir: səhmlərin 75 faizi Quliyevlər ailəsi, 16,67 faizi - DEG və 8,3 faizi - SIDT-ə məxsusdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti