Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir İ.Xəlilova/
2010-cu ildə həm Azərbaycan, həm də MDB-nın əsas vəzifələri qlobal maliyyə böhranının nəticələrinin aradan qaldırılması və iqtisadi artımın sürətinin bərpası olacaq, bu barədə çərşənbə günü Azərbaycan Mərkəzi Bankının baş direktoru Xəqani Abdullayev bildirib.
"Sübhəsiz ki, maliyyə sektoru iqtisadi artımın sürətinin bərpa olunmasında əsas rol oynamalıdır və BVF-nin oktyabr məruzəsində qeyd olunduğu kimi , qlobal maliyyə stabilliyində qəbul olunan qeyri-ənənəvi tədbirlərin tamamilə ləğv edilməsi vaxtı hələ gəlib çatmayıb", - Axundov jurnalistlərə Bakıda "MDB-nin maliyyə və bank sistemlərinin dayanıqlılığının yüksəldilməsi" mövzusunda II Beynəlxalq Bank Konfransında bildirib.
Onun sözlərinə əsasən, bu səbəbdən AMB 2010-cu ildə nizamlayıcı kimi iqtisadiyyatdakı vəziyyəti diqqətlə izləyəcək və lazım gəldikdə onun likvidliyini saxlayacaq.
"Bununla yanaşı, biz böhrandan çıxış strategiyasının hazırlanması barədə düşünürük və bu istiqamətdə müzakirələr artıb", - Abdullayev bildirib.
Azərbaycan Mərkəzi Bankının baş direktorunun sözlərinə əsasən, böhran göstərdi ki, onun yaranmasına kimi pul siyasəti maliyyə inkişaflarının saxlanılması üçün kifayət edən alət olmayıb, buna görə qlobal miqyasda müəyyən konsensus var ki, məhz prudensial nəzarət və tədbirlər maliyyə sisteminin səmərəli tənzimlənməsini təmin edə bilər.
"Bunu nəzərə alaraq, AMB-nın əsas vəzifəsi dövri bank nəzarəti sisteminə nəzarətin artırılmasından ibarətdir. Bu sahədə sonuncu qlobal tendensiyaları və daha aparıcı təcrübəni öyrənirik", - Abdullayev bildirib.
TREND və Day.az İnformasiya Agentliyi Beynəlxalq Bank Konfransına informasiya dəstəyi göstərir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]