...

Avropanın iri investisiya fondu Azərbaycanın ərzaq sektoruna daxil olma imkanlarını nəzərdən keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2009 14:42 (UTC +04:00)
Noyabr ayının sonunda Avropada ən iri İsveç investisiya fondu East Capital-ın nümayəndələri Bakıya gələcəklər, ADA Group-un (Azərbaycanda ən iri super marketlər şəbəkəsi Almalı) çərşənbə axşamı yaydığı məlumatda deyilib.
Avropanın iri investisiya fondu Azərbaycanın ərzaq sektoruna daxil olma imkanlarını nəzərdən keçirəcək

Azərbaycan, Bakı, 24 noyabr / Trend /

Noyabr ayının sonunda Avropada ən iri İsveç investisiya fondu East Capital-ın nümayəndələri Bakıya gələcəklər, ADA Group-un (Azərbaycanda ən iri super marketlər şəbəkəsi Almalı) çərşənbə axşamı yaydığı məlumatda deyilib.

"Səfərin əsas məqsədi ADA Group-la əməkdaşlıq imkanları ilə tanışlıq və onların öyrənilməsidir", - məlumatda bildirilib.

Son zamanlar ərzaq sektorunun cəzbediciliyi, həmçinin Azərbaycanda geniş yayılmış Almalı mağazalar şəbəkəsinin prespektivliyi İsveç fondunun bu layihəyə marağını artırıb.

East Capital Tbilisidəki Populi super marketlər şəbəkəsinin iri səhmdarlarından biridir.

ADA Group Azərbaycanın üç böyük şəhərində (Bakı, Sumqayıt və Gəncə) fəaliyyət göstərən Almalı mağazalər şəbəkəsinin sahibidir. Şirkətlər qrupunun əsas səhmdarı qismində Beynəlxalq Maliyyə Korparasiyası çıxış edir.

Layihənin ümumi dəyəri 50 milyon dollar təşkil edir. Qaradəniz Ticarət və İnkişaf Bankı 2008-ci ilin sonlarında ADA Group-a 9 milyon dollar kreditin ayrılmasına razılıq verib.

Almalı Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanın qeyri-neft sektorundakı iri layihələrindən biridir. Almalının ilk super marketinin açılışı 2006-cı ildə olub.

Xəbər lenti

Xəbər lenti