...

İlin əvvəlindən Türkmənistan və Rusiya arasında mal dövriyyəsi 20 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2009 15:56 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 23 dekabr / Trend , müxbir H. Həsəniv/

Cari ilin 10 ayının yekunu üzrə, Türkmənistan və Rusiya arasında mal dövriyyəsi, qaz tədarükü nəzərə alınmasa, 900 milyon dollar təşkil edib.

Türkmənistan rəsmi mənbəsinin məlumat verdiyi kimi, bu, 2008-ci il ilə müqayisədə təxminən 20% artımdır. Məlumatda qeyd edildiyi kimi, inkişaf ən müxtəlif sahələrdə korperasiya və tədarük nomenklaturasının genişlənməsi və diversifikasiyası hesabına müşahidə edilir.

2009-cu ilin aprel ayından Türkmənistan qazının Rusiyaya tədarükü həyata keçirilməyib. Türkmənistanda Qazprom, Stroytransqaz, İtera, Zarubejneft kimi iri Rusiya şirkətləri işləyir.

Hazırda Türkmənistanda Rusiya kapitalının iştirakı ilə iqtisadi fəaliyyətin 147 subyekti öz fəaliyyətini həyata keçirir. Türkmənistanın iqtisadi və sosial inkişafının müxtəlif sahələrində türkmən və rusiyalı mütəxəsisilər birlikdə 127 layihə reallaşdırırlar.

Türkmənistan Tatarıstan Respublikası, Həştərxan, Sverdlovski vilayəti, Sankt-Peterburq şəhəri kimi Rusiyanın iri regionları ilə fəal əlaqələrini inkişaf etdirir.

Xəbər lenti

Xəbər lenti