...

Azərbaycanda XİZ üçün sadələşdirilmiş gömrük qaydaları təsdiqlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2009 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın Nazirlər Kabineti "Xüsusi iqtisadi zonanın (XİZ) sərhədlərində gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin, malların gömrük rəsmiləşdirilməsinin, nəqliyyat vasitələrinin və fiziki şəxslərin sərhəddən buraxılma rejiminin sadələşdirilmməsi Qaydaları"nı təsdiqləyib.

Təkilləşdirilmiş qaydalar gömrük məntəqələrinin fəaliyyətinin, XİZ sərhədlərində gömrük nəzarəti, mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti və onların gömrük rəsmiləşdirilməsini təşkil etməyi nəzərdə tutur.

Sərəncam 25 dekabrda - imzalandığı gündən qüvvəyə minib.

"Xüsusi iqtisai zonalar haqında" qanun parlamentin 2009-cu il yaz sessiyasında ratifikasiya olunub. Qanuna görə, xüsusi iqtisadi zonaların yaradılmasında hökumətin rolu yalnız iki istiqamətdə: münasib rejimin və müvafiq infrastrukturların yaradılması ilə məhdudlaşıb. Məhdud ərazilərdə yaradılmış xüsusi iqtisadi zonalarda xüsusi vergi və gömrük siyasəti tətbiq edilir.

Vergi rejimi ərazidən, infrastrukturun vəziyyətindən və zonaların fəaliyyət sferasının potensialından asılı olacaq. İmtiyazlar vergi gəlirinə, ƏDV, gəlir vergisi, xüsusən də əmlak vergisinə şamil edilə bilər.

Rezidentlər vergiləri dövriyyənin iki faizi həcmində, ƏDV rezidentləri sıfır tarif üzrə ödəyəcəklər. XİZ üçün Azərbaycana gətirilən aksiz malları üzrə Azərbaycan qanunvericiliyinə müvafiq olaraq vergi ödəyəcəklər. İqtisadi zonalarda neft və qaz, tütün və spirtli içkilər aparmaq qadağandır.

Azərbaycan Xəzər regionunda və Qafqazda mühüm mövqe tutur, ona görə də ölkədə bu cür zonaların yaradılması böyük potensiala malikdir.

Qanunda istehsal, infrastruktur, innovasiya və qarışıq zonaların, azad ticarət zonalarının yaradılması nəzərdə tutulub. Sənəddə digər XİZ-in yaradılmasının imkanları nəzərdə tutulub.

Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması minimum 20-25 il üçün nəzərdə tutulub. Hər bir iqtisadi zonanın fəaliyyət müddəti nizamnamədə göstəriləcək. İqtisadi zonalar üçün operatorlar müsabiqə əsasında seçiləcək.

Xəbər lenti

Xəbər lenti