...

Gürcüstanın nümayəndə heyəti AİB-in görüşündə iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2010 20:31 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Maliyyə və İqtisadiyyat Nazirlikləri, eləcə də Milli Bank Asiya İnkişaf Bankının (AİB) Fillippinin paytaxtı Manilada keçiriləcək növbəti görüşündə iştirak edəcək, çərşənbə axşamı Milli Bankdan məlumat verilib.

İclasda Gürcüstanı maliyyə naziri Kaxa Bainduraşvili, iqtisadiyyat naziri Zurab Pololikaşvili və Milli Bankın prezidenti İrakli Kadaqidze təmsil edəcək.

Bank nümayəndələri görüş zamanı pul vəsaitlərinin ayrılması məsələlərini müzakirə edəcək. AİB-nın ayırdığı vəsaitlər ölkənin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən 3 layihənin həyata keçirilməsinə yönəldiləcək.

Asiya İnkişaf Bankının ayırdığı vəsait su təchizatı sisteminin bərpasına, bələdiyyələrin urbanik layihələrinin maliyyələşməsinə, o cümlədən Qriqoletidən Sarpiyə qədər olan çevrə yolunun inşasına yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti