...

Azərbaycanın Əhalinin Əmanətlərinin Sığortalanması Fonduna daxil olmalar 18 milyon manatı keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2010 13:34 (UTC +04:00)
2009-cu ilin yekunları üzrə Azərbaycanın Əhalinin Əmanətlərinin Sığortalanması Fondu (ADİF) üzərindən ödənilən depozit portfelinin həcmi 1,495 milyard manat təşkil edib. Bu barədə fond tərəfindən bazar ertəsi yayılan məlumatda deyilir.
Azərbaycanın Əhalinin Əmanətlərinin Sığortalanması Fonduna daxil olmalar 18 milyon manatı keçib

Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir N.ismayılova/

Üzv banklardakı fiziki şəxslərin əmanətlərinin ümumi həcmi 2,17 milyard manat təşkil edib ki, bunun da 674,885 milyon manatı sığortalanmayan əmanətlərin payına düşür. Depozitləri ADİF üzərindən sığortalanan əmanətçilərin sayı 5 077 670 nəfər təşkil edib.

Fondun üzv bankları tərəfindən təqvim ödəmələri 2009-cu ilin dördüncü rübü ərzində 711 min manat, 1,224 milyon dollar, 158 min avro təşkil edib. Hazırda 42 bank fondun üzvüdür. Bankların ödədikləri birdəfəlik üzvlük haqları nəzərə alınmaqla, Sığorta Fonduna daxilolmaların ümumi həcmi 18,165 milyon manat təşkil edir.

Fond 2007-ci il avqustun 13-də fəaliyyətə başlayıb. 2008-ci ilin başlanğıcında o, maksimal sığortalan məbləği 6 min manata qədər artırıb. 2010-cu il yanvarın 1-də isə bu rəqəm səkkiz min manat təşkil edəcək. "Əmanətlərin sığortalanması haqqında" Qanuna görə, 2008-ci il yanvarın 1-dək Azərbaycanın Əmanətlərin Sığortalanması Fondundan 4 min manatadək əmanətlər tam qorunurdu. 2009-cu il yanvarın 1-dən etibarən faiz dərəcəsi 15%-dən artıq olan əmanətlər fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Xəbər lenti

Xəbər lenti