...

Azərbaycanda Bakı-Minsk Ticari-İqtisadiyyat Evi dövlət qeydiyyatından keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2010 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart / Trend , müxbir N.İsmayılova/

Azərbaycanda Bakı-Minsk Ticari-İqtisadiyyat Evi Vergilər Nazirliyinin "bir pəncərə" sistemi vasitəsilə dövlət qeydiyyatından keçib. Bu barədə nazirliyin rəsmi saytının "bir pəncərə" bölməsində deyilir.

Ticarət Evinin təsisçisi "Ekonom" MMC - Belarusun Minsk vilayətində meyvə-tərəvəz məhsullarının hazırlanması, satışı və istehsalın idarəsi sahəsində fəaliyyət göstərən "Minoblplodoovoştorq" müəssisəsidir. Şirkət 100 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Ticari-İqtisadiyyat Evinin qanuni nümayəndəsi Fuad Əzimovdur.

Bakıda Minsk vilayəti müəssisələrinin məhsullarının inkişafı üçün ticarət evinin yaradılması haqqında qərar 2009-cu ilin sentyabr ayında Azərbaycan nümayəndə heyətinin Minsk vilayətinə səfəri zamanı qəbul edilib. Ticarət Evinin açılması Azərbaycanla Minsk vilayəti arasında əmtəə dövriyəsini artıracaq.

Xəbər lenti

Xəbər lenti