Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir N.İsmayılova/
Milli valyutada depozitlər üzrə orta faiz dərəcəsi 2010-cu il martın 1-nə 11,30% təşkil edib. Bu göstərici fevralın 1-də 11,27%, 2009-cu il martın 1-də isə 11,35% təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.
Xarici valyutada depozitlər üzrə orta faiz dərəcəsi 10,99% olub. Bu göstərici 2009-cu il martın 1-nə 11,02%, fevralın 1-nə isə 9,01% təşkil edib.
Yerli valyutada fiziki şəxslərin depozitləri üzrə orta faiz dərəcəsi martın 1-nə 13%, fevralın 1-nə 13,7%, 2009-cu il martın 1-nə isə 12,30% təşkil edib. Xarici valyutada fərdi müştərilərin depozitləri üzrə orta faiz dərəcəsi müvafiq olaraq 12,54%, 12,54% və 12,35% təşkil edib.
Yerli valyutada hüquqi şəxslərin depozitləri üzrə orta faiz dərəcəsi martın 1-nə 5,60%, fevralın 1-nə 5,92%, 2009-cu il martın 1-nə isə 9,10 % təşkil edib. Xarici valyutada korporativ müştərilərin depozitləri üzrə orta faiz dərəcəsi müvafiq olaraq 5,92%, 5,97% və 5,6% olub.