...

Azərbaycanda məişət tullantılarının düzgün idarə edilməsi üçün kompleks yanaşma tələb olunur – "Təmiz Şəhər" ASC

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2010 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 Aprel /Trend, müxbir İ.Xəlilova, E.İsmayılov/

Azərbaycanda məişət tullantılarının düzgün idarə edilməsi strategiyası üzrə işlər davam etdirilir. Bunu Təmiz Şəhər ASC idarə heyətinin rəhbəri Zakir İbrahimov deyib.

"Biz məişət tullantılarının aradan qaldırılması məsələsini ayrı-ayrılıqda müzakirə edə bilmərik; bu məsələ kompleks qaydada həll edilməlidir", - İbrahimov deyib.

Onun fikrincə, ilk növbədə, məişət tullantılarının ayırd edilməsi üzrə işlər təşkil edilməlidir, bunun gedişində təkrar emal üçün materiallar ayırd olunmalıdır.

"Bu həm də iqtisadi nöqteyi-nəzərdən səmərləri və faydalıdır. Belə ki, tullantıların təkrar emala göndərilməsinə görə həm də ekoloji cəhətdən ucuz xammal əldə etməyə imkan verir. Söhbət metal, kağız, plastik, polietilen və digər materiallardan gedir", - İbrahimov deyib.

Məişət tullantılarının idarə edilməsində ən vacib addım zibilin yandırılması üzrə və ondan enerji istehsalı üzrə zavodun tikilməsidir. Zavodun inşası Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən elan edilən tenderin qalibi olmuş Fransanın CNIM S.S şirkəti tərəfindən həyata keçirilir. Həmin zavod sutkada 500 min ton məişət və 10 min ton tibbi tullantıların zərərsizləşdirilməsinə qadir olacaq və bunun sayəsində sutkada 231,5 milyon kilovat-saat elektrik enerjisi hasil ediləcək.

"Bununla bağlı məişət tullantılarının aradan qaldırılması məsələsi kompleks şəkildə nəzərdən keçirilməlidir, ayırd edilməli, elektrik enerjisi istehsal etmək, fəaliyyətdə olan poliqonların reabilitasiyası məqsədilə yandırılmalıdır", - İbrahimov deyib.

Onun sözlərinə görə, hazırda DB ilə məişət tullantılarının kompleks idarə edilməsi üzrə layihə həyata keçirilir və növbəti beş ildə fəaliyyətdə olan poliqonların reabilitasiyası və yeni poliqonarın yatadılması gözlənilir. Layihə yeni strategiya yaradılmasını, institusional dəstək göstərməyi nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti