...

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının dəstəyi ilə Bakı - Krit adası birbaşa aviareysi açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2010 10:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının dəstəyi ilə Bakı - Krit adası (Yunanıstan) birbaşa reysi açılır. Bunu çərşənbə axşamı assosiasiyanın prezidenti Nahid Bağırov deyib.

"İlk Bakı - Krit adası reysi iyunun 12-də təşkil olunacaq və müntəzəm olaraq həftədə bir dəfə, şənbə günləri həyata keçiriləcək", - Bağırov deyib.

Onun sözlərinə görə, putyovkanın qiyməti 700 manatdan başlayır. Bura bütün xidmətlər paketi - oteldə qalmaq, viza dəstəyi, biletin qiyməti, sığorta və s. daxildir.

Bağırov deyib ki, Yunanıstan tərəfi ilə birbaşa aviareysin açılması haqqında danışıqları Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin üzvləri - Xazar Travel, Improtex Travel və Silkway Travel aparıblar", - Bağırov deyib.

"Assosiasiyanın dəstəyi ilə Bakı - Krit adası birbaşa reysinin açılması ilk addımdır; belə ki, hazırda assosiasiya bir neçə istiqamətdə danışıqların aparılmasını davam etdirir və payıza kimi qış turizmi üçün yeni birbaşa reyslər açılacaq", - Bağırov deyib.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası 2009-vu ilin yanvarında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılıb. İdarə heyəti üzvlərinin sırasına "Improtex Travel", "Caspian Travel", "Pasha Travel", "Silkway Travel", "Euroturizm" şirkətlərinin rəhbərləri daxildir.

Assosiasiyanın əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

turizm şirkətlərinin maraqlarının müdafiəsi;

qanun layihələrinin, tövsiyə və əsasnamələrin hazırlanması;

milli turizm şirkətinin yaradılmasına yardım göstərilməsi;

bazar iştirakçıları üçün treninqlərin və seminarların keçirilməsinə dair planın hazırlanması;

Azərbaycan turizminin illik beynəlxalq sərgilərdə potensial reklamı və təşviqatı üçün şəraitin yaradılması;

daxili turizmin inikişafı və turizm məhsullarının dünya bazarına çıxarılması.

Həmçinin, qurumun vəzifəsinə konqres turizminin inkişafı və tətbiqi; idarəetmə və xidmət sahəsində peşəkar kadrların hazırlanmasına yardım göstərilməsi; adekvat vergiqoyuluşunun yaradılması və turizm sahəsinin normativ tənzimlənməsi; standartlaşdırma, sertifikatlaşdırma və lisenziyalaşdırmanın inkişafına yardım göstərilməsi; beynəlxalq turizm şirkətləri ilə səmərəli əməkdaşlıq; rəsmi mətbu orqanın yaradılması; hüquqi məsləhətləşmələr sahəsində xidmətlərin hazırlanması; normativ-hüquqi bazanın inkişafı çərçivəsində turizm şirkətlərinin hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq daxildir.

Xəbər lenti

Xəbər lenti