"Amrahbank" nizamnamə kapitalını 1,7 milyon manat artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2010 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Amrahbank" ASC-nin 1,74 milyon manat həcmində adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə Bakı Fond Birjasının cümə axşamı yayılan məlumatında deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olmaqla 17 404 səhm buraxılıb. Yerləşdirmənin anderrayteri "Chelsea Capital" MMC-dir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə keçiriləcək.

Səhmləri əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilər.

Bankın səhmlərinin 49 faizi Bəhreyndə əsaslanan Beynəlxalq İnvestsiya bankına məxsusdur.

2009-cu ilin sonuna olan vəziyyətə görə, bankın birgə aktivləri 63,2 faiz artaraq 100 milyon manat təşkil edib.

"Amrahbank" Azərbaycanın aparıcı banklarından biridir. Bankın nizamnamə kapitalının həcmi 12 milyon manatı ötür.

Xəbər lenti

Xəbər lenti