...

Azərbaycan regionlarında 2 milyon manatadək məbləğdə güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2010 17:06 (UTC +04:00)
Cümə günü İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Sabirabadda və ona yaxın rayonlarda sahibkarlara 2 milyon manatadək məbləğdə güzəştli kreditlər verilib.
Azərbaycan regionlarında 2 milyon manatadək məbləğdə güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir N.İsmayılova/

Cümə günü İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Sabirabadda və ona yaxın rayonlarda sahibkarlara 2 milyon manatadək məbləğdə güzəştli kreditlər verilib. Bu barədə nazirliyin cümə günü yayılan məlumaytında deyilir.

Məlumatda bildirilir ki, bu vəsaitlər hesabına həyata keçiriləcək layihələr 94-dən artıq yeni iş yerinin açılmasına kömək edəcək.

Cümə günü SKMF Sabirabad iqtisadi rayonunda təxminən 350 sahibkarın iştirakı ilə növbəti tədbir keçirib. Tədbir regionlarda sahibkarlara dövlət dəstəyi məsələlərinə həsr edilib.

Həmçinin SKMF tərəfindən treninqlər keçirilib, onların gedişində sahibkarlar güzəştli kreditlərin verilməsi mexanizmləri, biznes-ideyaların yaranması, investisiya layihələrinin hazırlanması və təqdim olunması qaydaları barədə məlumatlandırılıblar.

İyunun 18-nə olan rəsmi məzənnə 0,8038 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti