...

İİB üç il ərzində Azərbaycanda portfelini, təxminən, yarım milyardadək artırmağa hazırdır – bank rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2010 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend, A.Bədəlova/

İslam İnkişaf Bankı (İİB) Azərbaycanla əməkdaşlığa başladığı 1992-ci ildən bəri, ölkədə 528 mln dollar dəyərində 28 layihənin maliyyələşdirilməsini həyata keçirib, - çərşənbə günü Bakıda İİB-nin Direktorlar Şurasının illik 35-ci iclasında bankın prezidenti Əhməd Məhəmməd Əli deyib.

"Bank Azərbaycan hökuməti ilə özündə 450 mln dollar dəyərində 11 layihəni birləşdirən üçillik proqramı da təsdiqləyib", - bank prezidenti qeyd edib. Onun sözlərinə görə, bank Azərbaycandakı fəaliyyətini kənd təsərrüfatı və elektrik enerjisi sektorlarındakı layihələri maliyyələşdirməyə yönəldib ki, ki, bunlar da Azərbaycanda davamlı inkişaf üçün əhəmiyyət kəsb edir.

Bank prezidenti çıxışı zamanı dünya maliyyə böhranından daha çox zərər çəkən ölkələri dözümlü olmağa çağırıb.

"Odur ki İİB-in maliyyələşdirmə fəaliyyəti ötən il görünməmiş səviyyəyə, yəni 7,25 mlrd dollara çatıb ki, bu da ötənilki göstərici ilə müqayisədə 25 faiz çoxdur", - Məhəmməd Əli vurğulayıb.

Onun fikrincə, bank, dünya maliyyə böhranından zərər çəkən və resessiyaya uğrayan üzv ölkə banklarının iqtisadiyyatının dirçəldilməsi üçün layihələrin maliyyələşdirilməsini 54 faiz artırmaqda maraqlı olub.

"İcraçı-Direktorlar Şurası rəhbərlikdən üzv ölkələrdə iqtisadiyyatı bərpa etmək və üç il ərzində maliyyələşdirmə üzrə əməliyyatları 30 faizədək artırmaq barədə tapşırıq alıb", - prezident vurğulayıb.

Xəbər lenti

Xəbər lenti