...

"Bank Standard" yeni xüsusi kredit kartını təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2010 11:22 (UTC +04:00)
"Bank Standard" "Səyahətçi" yeni xüsusi kredit kartını təqdim edib. Bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.
"Bank Standard" yeni xüsusi kredit kartını təqdim edib

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir A.Axundov/

"Bank Standard" "Səyahətçi" yeni xüsusi kredit kartını təqdim edib. Bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

Plastik kartlar bazarına "Bank Standard"ın xüsusi kredit kartları seriyasından olan növbəti məhsul çıxarıldı. "Səyahətçi" adını daşıyan kredit xətli son bir il ərzində Şengen, ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və ya Yaponiya vizası alanlar üçün nəzərdə tutulub.

Bu kredit kartını əldə etmək üçün "Bank Standard"ın istənilən filialına müraciət edib, şəxsiyyət vəsiqəsini və içində adları çəkilən olkələrə bir və ya bir neçə vizası olan xarici pasportu təqdim etmək kifayətdir. Kart 5 iş günü ərzində alına bilər. Bu müddətə müştərinin kredit tarixinin araşdırılması, kredit xəttinin açılması və kartın hazırlanması da daxildir. Müştərinin xarici pasportundakı tələb olunan vizaların sayından asılı olaraq, ona ayrılan kredit xəttinin həcmi 3000 AZN/USD/EUR-ya qədər ola bilər. Kartın VISA və ya MasterCard sistemindən olacağını müştərinin özü müəyyən edir.

"Bank Standard"ın plastik kart sahiblərinə təklif olunan bir sıra xüsusi xidmət və məhsullarla yanaşı, yeni kartların sahibləri xüsusi "Təcili pul yardımı" xidmətindən də istifadə edə bilərlər. Əgər kart sahibi xaricdə olarkən o, öz kartını itirərsə, ya da onu özü ilə götürməyi unudarsa, onda həmin şəxs bankın 158 nömrəli "Məlumat mərkəzi"nə zəng etməklə, "Bank Standard"dan özünün kredit xətti üzrə qalığı məbləğində təcili pul köçürməsi ala bilər. Köçürmə "Western Union" sistemi vasitəsilə dərhal dünyanın istənilən nöqtəsinə göndərilə bilər.

Xatırladaq ki, bu yaxınlarda "Bank Standard" buna bənzər daha bir xüsusi kredit kartını buraxmışdı. Söhbət kredit xəttinin həcmi 10 000 manata çatan analoji xüsusi "Abunəçi" kredit kartından gedir.

Xəbər lenti

Xəbər lenti