...

"Kauthar Bank" avroda istiqrazlar buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2010 17:38 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Kauthar Bank " ASC-nin ümumi məbləği 1,11 milyon avro həcmində olan təmin olunmuş sənədsiz adlı istiqrazların emissiyasını qeydiyyata alıb. Bu barədə Dövlət Komitəsinin rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
"Kauthar Bank" avroda istiqrazlar buraxır

Azərbaycan, Bakı, 19 avqust /Trend /

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Kauthar Bank " ASC-nin ümumi məbləği 1,11 milyon avro həcmində olan təmin olunmuş sənədsiz adlı istiqrazların emissiyasını qeydiyyata alıb. Bu barədə Dövlət Komitəsinin rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 200 avro olan 5 550 istiqraz buraxılıb.

Bu il "Kauthar Bank" istiqrazların artıq ikinci emissiyasını yerləşdirir. Mayda o, hər birinin nominal dəyəri 200 avro olan 5 700 istiqraz buraxıb.

"Kauthar Bank" 2001-ci ilin sentyabrında adını dəyişdirərək Ədliyyə Nazirliyində qeydiyyatdan keçib (o, əvvəllər Universal Bank adlanırdı). Bank yeni adla Mərkəzi Bankın lisenziyasını 2002-ci ilin oktyabrında alıb. Bu gün bank praktik olaraq bütün bank xidmətlərini (kassa xidmətləri, pul köçürmələri, plastik kartlarfla iş) göstərir, təkcə kreditlər vermir və depozitlər cəlb etmir və onları islam bankçılığında tətbiq olunan digər xidmət növləri ilə əvəz edir.

"Kauthar Bank" Azərbaycanda "islam bankçılığı" prinsipləri ilə işləyən yeganə bankdır.

Avqustun 19-na rəsmi məzənnə 0,8038 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti