...

Azərbaycanın sığorta şirkətlərində rəhbər vəzifələrə namizədlər üçün imtahanın nəticələri açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2010 19:11 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi sığorta şirkətlərində rəhbər vəzifələrin tutulması üzrə imtahanları müvəffəqiyyətlə verən namizədlərin siyahısını açıqlayıb.
Azərbaycanın sığorta şirkətlərində rəhbər vəzifələrə namizədlər üçün imtahanın nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi sığorta şirkətlərində rəhbər vəzifələrin tutulması üzrə imtahanı müvəffəqiyyətlə verən namizədlərin siyahısını açıqlayıb. Bu barədə çərşənbə axşamı nazirlik yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəsmi saytında dərc edilən məlumatda deyilir.

"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi" Qaydalarına uyğun olaraq, 20 avqust 2010-cu il tarixdə sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin rəhbər vəzifələrinə namizədlər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən fiziki şəxslər üçün test imtahanı keçirilib.

İmtahanda iştirak etmiş 7 nəfər rəhbər vəzifəyə namizəd olan şəxslərdən yuxarıda qeyd olunan qaydalara uyğun olaraq təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab vermiş 4 iştirakçı, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən 11 nəfər fiziki şəxslərdən isə 7 nəfəri attestasiyadan müvəffəqiyyətlə keçib.

Rəhbər vəzifələrə namizədlərin siyahısı:

Soyadı, adı, atasının adı

Sığortaçının, yenidən sığorta edənin və sığorta brokerinin adı

Təyinat üçün gözlənilən rəhbər vəzifələr

1.

Seyidzadə Şahin Kamal oğlu

"Atəşgah Həyat" SŞ ASC

İdarə heyətinin üzvü

2.

Ağayev Hafiz Rafiq oğlu

"Rəvan Sığorta" ASC

Təftiş komissiyasının üzvü

3.

Əhmədov Əliqismət Əhməd oğlu

"A-Qroup" SŞ ASC

Təftiş komissiyasının üzvü

4.

Bayramova Nigar Yusif qızı

"Paşa Sığorta" ASC

Baş mühasib vəzifəsini müvəqqəti icra edən

Müvafiq sığorta vasitəçiliyi sahəsində fəaliyyət lisenziyasını almaq istəyən fiziki şəxslərdən Quliyeva Aytən Tofiq qızı, Orucova Leyli Əli qızı, Cəlilova Leyla Qasım qızı, Əliyev Eldar Nəbi oğlu, Atayev Kamran Füzuli oğlu, Cəfərov Arzu Mahir oğlu və Hüseynov Emin Akif oğlu imtahan veriblər.

Xəbər lenti

Xəbər lenti