Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir N.İsmayılova/
Asiya İnkişaf Bankı (AİB) bazar ertəsi Bakıda keçirilən iqlim dəyişiklikləri üzrə birgünlük seminar çərçivəsində Azərbaycana qlobal istiləşmənin təsir proqnozlarını və uyğunlaşma üzrə fəaliyyətə dair tövsiyələri təqdim edib.
AİB-in Orta və Qərbi Asiya regionunda iqlim dəyişikliyi üzrə departamentinin baş mütəxəssisi Piter Heysin sözlərinə görə, proqnozlara əsasən, yüzilliyin ortalarınadək Azərbaycanda orta temperatur artacaq, dənizin səviyyəsi 150 santimetr yüksələcək ki, bu da 88 hektar ərazinin və sahilyanı zonanın su basmasına səbəb olacaq.
ABŞ-ın enerji resursları ilə əlaqədar işlənmiş karbon qazının çıxması adambaşına 20 ton, Kanadada adambaşına 18 ton, Qazaxıstanda isə 14 ton təşkil edir. Azərbaycanda bu göstərici adambaşına 6 ton təşkil edir ki, bu da ölkədə neft emalı sektorunun inkişafını nəzərə alaraq, nisbətən aşağı həcmdir.
Onun sözlərinə görə, əsrin sonunadək proqnozlaşdırılan orta qlobal temperatur artımı selsi üzrə 3-7 dərəcə olacaq, lakin bəzi proqnozlara görə, bu göstərici 6-9 dərəcəni ötür.
"Azərbaycanda selsi üzrə bir dərəcə temperatur artımı gözlənilir və buna sübut kimi artıq hazırda ölkədə orta temperaturun artması müşahidə edilməkdədir", - o deyib.
Son 10 ildə Azərbaycanda orta tempratur 0,4 dərəcə, bəzi dağətəyi rayonlarda isə 0,7-0,9 dərəcə artıb ki, bu da qlobal iqlim dəyişikliyinin Azərbaycana da təsir göstərməsindən xəbər verir.
Heysin sözlərinə görə, bütün regionda olduğu kimi, Azərbaycanda da su ehtiyatı və onun movcudluğu arasında xeyli fərq müşahidə edilməkdədir.
"Ölkədə su resurslarının ehtiyatı ötən illərlə müqayisədə azalır və gözləntilərə əsasən, gələcəkdə ona tələbat artacaq ki, bu da bu resursların uyğunlaşması üzrə tədbirlərin görülməsindən xəbər verir", - o qeyd edib.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Hidrometeorologiya Xidməti İdarəsinin baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, artıq 2000-ci ildə Kür və Araz çaylarında su səviyyəsinin xeyli aşağı düşməsi qeydə alınıb, bununla əlaqədar Mingəçevir su anbarında da su səviyyəsi aşağı düşüb. Səbəblərin müəyyən edilməsi məqsədilə işlər və gürcü ekspertlərlə birgə analiz aparılıb.
"Hesablamalarımıza əsasən, iqlim dəyişiklikləri səbəbindən çaylarda su səviyyəsinin dəyişməsi ölkə iqtisadiyyatına da təsir göstərə bilər", - Verdiyev bildirib.
Heysin sözlərinə görə, AİB iqlim dəyişikliklərinin uyğunlaşmasını təhlükə, zəiflik, layihənin riski, eləcə də risklərin və uyğunlaşmanın idarə edilməsi variantlarının müəyyənləşdirilməsi prosedurlarının təkmilləşdirilməsi vasitəsilə mümkün hesab edir.