...

Beynəlxalq Maliyyə Korporasiyası "Dövlət müəssisələrində korporativ idarəetmə üzrə OECD qaydaları"nı Azərbaycan dilində təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2010 14:59 (UTC +04:00)
Beynəlxalq Maliyyə Korporasiyası cümə axşamı Bakıda Ümumdünya Bankı ilə birgə "Dövlət Müəssisələrində Korporativ İdarəetmə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) qaydaları"nı Azərbaycan dilində təqdim edib.
Beynəlxalq Maliyyə Korporasiyası "Dövlət müəssisələrində korporativ idarəetmə üzrə OECD qaydaları"nı Azərbaycan dilində təqdim edib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir N.İsmayılova/

Beynəlxalq Maliyyə Korporasiyası cümə axşamı Bakıda Ümumdünya Bankı ilə birgə "Dövlət Müəssisələrində Korporativ İdarəetmə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) qaydaları"nı Azərbaycan dilində təqdim edib.

"OECD qaydalarının tərcüməsinin əsas məqsədi - Azərbaycanın dövlət müəssisələrində korporativ idarəetmə üzrə təcrübənin təkmilləşdirilməsidir ki, bu da dövlət səhmdar cəmiyyətlərini investorlar üçün daha cəlbedici edir", - bu barədə İFC layihəsinin Azərbaycanda korporativ idarəetmə üzrə rəhbəri Karolina Brayt deyib.

"Qaydaların tərcüməsi dövlət şirkətlərinə göstərilmiş məsləhətlərlə tanışlıq və onların yerinə yetirilməsi məqsədilə təqdim edilir ki, bu da qabaqcıl korporativ idarəetmə təcrübəsini həyata keçirməyə və şirkətin fəaliyyətini təkmilləşdirməyə imkan verəcək". Bu barədə ölkənin İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə şöbəsinin rəhbəri Anar Hacızadə deyib.

Ümumdünya bankının Bakı nümayəndəliyinin rəhbəri Cozef Ouenin sözlərinə görə, Ümumdünya Bankı ölkədə həyata keçirilən layihələr çərçivəsində qanunvericilik bazasının yaradılmasına yardım göstərir ki, bu da korporativ idarəetmənin inkişafına şərait yaradır.

İsveçrə Dövlət Katibliyinin iqtisadi məsələlər üzrə nümayəndəsi Filip Kellerin sözlərinə görə, korporativ idarəetmə qaydalarının tətbiqi şirkətlərin özəlləşdirilməsi məqsədilə investorların marağının artmasına şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti