...

Azərbaycanın sığorta şirkəti nizamnamə kapitalını 11 milyon manata çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2010 15:22 (UTC +04:00)
Azərbaycanın "Standart Insurance" sığorta şirkəti nizamnamə kapitalını 3 milyon manat artıraraq 11 milyon manata çatdırıb.
Azərbaycanın sığorta şirkəti nizamnamə kapitalını 11 milyon manata çatdırıb

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Azərbaycanın "Standart Insurance" sığorta şirkəti nizamnamə kapitalını 3 milyon manat artıraraq 11 milyon manata çatdırıb. Bu barədə bazar ertəsi şirkətdən verilən məlumatda deyilir.

"Uzunmüddətli inkişaf proqramı çərçivəsində şirkət növbəti nizamnamə kapitalını yaradıb. Nizamnamə kapitalının planlı artırılması şirkətin şəxsi vəsaiti hesabına həyata keçirilib", - məlumatda deyilir.

Bu yolla "Standart Insurance" ən yüksək nizamnamə kapitalı ilə şirkətlər üçlüyünə daxil olub. İlk iki yeri "Xalq Sığorta" və "Paşa Sığorta" şirkətləri tutur.

"Şirkətin İdarə Heyətindən verilən məlumata görə, bu cür artım prosesi planlı surətdə həyata keçirilir və daha öncəki artımdan sonra şirkətin inkişafındakı yeni mərhələni əks etdirir", - məlumatda deyilir.

Məlumata əsasən, "Standard Insurance" sığorta şirkətinin inkişaf proqramı bu göstəricinin gələcək artımını nəzərdə tutur.

Hazırda şirkət 5 növ icbari və 24 növ könüllü sığorta xidməti göstərir.

"AB Standard" Şirkətlər Qrupunun üzvü olan "Standard Insurance" ASC Sığorta Şirkətinin paytaxt ofisi və 2 regional nümayəndəliyi, habelə ölkə regionlarını əhatə edən geniş agent şəbəkəsi və Gürcüstan Respublikasında "Standard Insurance Georgia" adlı bir törəmə müəssisəsi sığorta şirkəti kimi fəaliyyət göstərir.

Oktyabrın 4-nə olan rəsmi məzənnə 0,8024 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti