...

Azərbaycanda fərdi uçot sistemi üzrə qeydiyyata alınmış əcnəbilərin sayı doqquz min nəfəri keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2010 13:17 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi üzrə qeydiyyata alınmış əcnəbilərin sayı doqquz min nəfəri keçib. Bu barədə bazar ertəsi sosial fondun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda deyilir.
Azərbaycanda fərdi uçot sistemi üzrə qeydiyyata alınmış əcnəbilərin sayı doqquz min nəfəri keçib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir А.Axundov/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi üzrə qeydiyyata alınmış əcnəbilərin sayı doqquz min nəfəri keçib. Bu barədə bazar ertəsi sosial fondun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda deyilir.

"Fərdi uçot sistemi üzrə qeydiyyata alınmış əcnəbilərin sayı 2010-cu il oktyabrın 1-nə olan nəticələrə əsasən, 9 430 nəfər təşkil edərək, 17,4 faiz və ya 1401 nəfər artıb", - məlumatda deyilir.

Məlumatda deyilir ki, bütünlüklə dünyanın 91 ölkəsindən xarici vətəndaşların əksəriyyətini Türkiyə vətəndaşları təşkil edir - 5 318 nəfər. Həmçinin, digər ölkə vətəndaşlarının sayında da dəyişikliklər edilib. Beləliklə, ikinci yeri Gürcüstan vətəndaşları - 1 334 nəfər, üçüncü yeri Rusiya vətəndaşları tuturlar - 598 nəfər.

Azərbaycan Sosial Müdafiə Fondunda fərdi uçot sistemi üzrə, həmçinin, İran vətəndaşları - 306 nəfər, Hindistan - 248, Çin - 141, Bosniya və Herseqovina - 125, Böyük Britaniya və Şimali İrlandiya Krallığı - 90, Ukrayna - 86, Filippin - 84, Pakistan - 81, Malayziya - 80, Qazaxıstan - 73, Özbəkistan - 71, Türkmənistan - 55, Almaniya - 61, İtaliya - 50, ABŞ - 49 nəfər qeydiyyata alınıb.

Fərdi uçot - sosial müdafiə sahəsində ölkə qanunvericiliyinə uyğun olaraq, hər bir sığortalanmış şəxsin pensiya və digər haqlarını təmin etmək üçün onların məlumat uçotunun təşkili və tətbiqidir.

Azərbaycan Prezidentinin "Dövlət sosial sığortalama sistemində fərdi uçot haqqında" Qanunun tətbiqi barədə fərmanı 2001-ci ilin dekabrında imzalanıb.

Xəbər lenti

Xəbər lenti