...

Azərbaycanda təmin edilməmiş ipoteka istiqrazlarının növbəti yerləşdirilməsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2010 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir N.İsmayılova/

Noyabrın 29-dan etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) 5 milyon manat məbləğində faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə AİF-in cümə günü yayılan məlumatında deyilir.

Emissiyalar prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə aparılacaq. İstiqrazlar 103,0798 qiymətlə satışa çıxarılacaq.

İstiqrazların ödənilmə tarixi 11 dekabr 2019-cu ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.

AİF-in istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 30 dekabr 2009-cu il tarixdə qeydə alınıb.

Emissiyaların ümumi həcmi hər birinin nominal dəyəri min manat olmaqla illik 3,25 faiz dərəcəsi ilə 75 milyon manat təşkil edir. 2010-cu il fevralın 1-dən etibarən yerləşdirilməsinə başlanılan emissiyalardan indiyədək 65 milyon manat məbləğində istiqraz satılıb.

Xəbər lenti

Xəbər lenti