...

Azərbaycanda UNINET şirkəti tərəfindən keçirilən "Yeni ili Dubayda keçir" adlı aksiyası dayandırıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2010 20:14 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) UNINET şirkəti tərəfindən "Yeni ili Dubayda keçir" adlı aksiya çərçivəsində lotereya keçirilməsi faktını aşkar edib.
Azərbaycanda UNINET şirkəti tərəfindən keçirilən "Yeni ili Dubayda keçir" adlı aksiyası dayandırıldı

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) UNINET şirkəti tərəfindən "Yeni ili Dubayda keçir" adlı aksiya çərçivəsində lotereya keçirilməsi faktını aşkar edib. Bu barədə QKDK-nın cümə günü yayılan məlumatında deyilir.

Bununla əlaqədar olaraq komitə tərəfindən bu kampaniyanın lotereyalar sahəsinə aid olmasının araşdırılması məqsədilə müvafiq sənədlərin QKDK-ya təqdim edilməsi və araşdırma başa çatanadək həmin kampaniyanın dayandırılması tələb olunub.

UNINET tərəfindən bu tələb yerinə yetirilmədiyindən və lotereyaların təşkil olunması sahəsində qanunvericiliyin tələbləri pozulduğundan şirkətin inzibati məsuliyyətə cəlb olunmasına başlanılıb.

QKDK əhalini bu qeyri-qanuni kampaniyada iştirak zamanı diqqətli olmağa çağırır.

Xəbər lenti

Xəbər lenti