...

Azərbaycan paytaxtında dekabr ayı üçün pensiyaların ödənilməsinə başlanılıb –Dövlət Sosial Müdafiə Fondunun rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2010 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir E.İsmayılov /

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) Bakı şəhərində  dekabr ayı üzrə pensiya vəsaitlərinin köçürülməsinə başlayıb. Bu barədə fondun rəhəbri Səlim Müslümov bazar günü bildirib.

"Şənbə günü fond Bakının altı rayonu üzrə pensiyaların ödənilməsi üçün nəzərdə tutulan vəsaitləri artıq köçürüb. Bazar ertəsindən yerdə qalan rayonlar üzrə vəsaitlərin köçürülməsi işlərinə başlanılacaq", - Müslümov bildirib.

Bakıda cəmi 12 rayon var.

Müslümov ölkədə pensiyaların artırılması məsələsini şərh edərək bildirib ki, bunun üçün işəgötürənlərin rəsmi sənədlərdə əmək haqlarını tam hesaba almağa  və müvafiq olaraq dövlət sosial sığorta ayırmaları üzrə 25 faiz ödəməyə başlayacaqlarından sonra bütün şərait yaradılacaq. Hazırda 25 faiz sosial ayırmalar aşağıdakı şəkildə bölüşdürülüb: əmək haqqı fondundan 22 faiz işəgötürən və üç faiz isə işçi tərəfindən ödəniləcək.

Oktyabrın birinə olan vəziyyətə görə ölkədə orta aylıq pensiya 111 manat, yeni təyinatlar üzrə əmək pensiyalarının məbləği 162 manat təşkil edir.

Azərbaycanda pensiya iki hissədən - baza və sığortadan ibarətdir. Hazırda ölkədə pensiyaların baza hissəsi 85 manat təşkil edir.

Dekabrın 12-nə rəsmi məzənnə 0,7990 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti