...

Azərbaycanın "İSR" şirkətlər qrupu Bodrumun ən böyük turizm təsisilərindən birini almış və Türkiyənin ilk 7 ulduzlu hotelində paya sahib olmuşdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2010 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend /

1995-ci ildən fəaliyyət göstərən və turizm sahəsində uğurlu layihələri ilə tanınan Azərbaycanın "İSR" şirkətlər qrupu fəaliyyət dairəsini genişləndirərək ölkə xaricinə çıxmağa başlamışdır. Bakıda 3 hotelə malik olan şirkətlər qrupu bu yaxınlarda Türkiyədə 2 hotel əldə edərək idarə etdiyi hotellərin sayını 5-ə çatdırmışdır. Diqqət çəkən məqamlar ondan ibarətdir ki, alınmış hotellərdən biri Bodrumun ən böyük turizm təsislərindən biridir. Digər bir hotel isə "Palmalı" şirkətlər qrupu ilə ortaq alınmışdır və həmin hotel Türkiyənin ilk 7 ulduzlu hotelidir. Bu əlamətdar yeniliklər haqqında daha geniş məlumat almaq üçün "İSR" şirkətlər qrupunun vitse-prezidenti Zafer Tangil ilə görüşdük.

-Zafer bəy, Azərbaycan şirkətinin turizmin ən yüksək səviyyədə inkişaf etdiyi Türkiyədə hotellərə sahib olması əlamətdar bir hadisədir. Xahiş edirəm bu yenilik haqqında geniş bir şəkildə məlumat verərdiniz.

-Bu ilin yayında "İSR" Şirkətlər qrupu Türkiyədə "İSR Turizm İşletmeleri ve Ticaret Anonim Şirketi" yartmışdır. Şirkətin fəaliyyətini təmin etmək üçün hazırlanmış plana uyğun olaraq hotellərin alınması nəzərdə tutulurdu. Apardığımız səmərəli danışıqlar sayəsində İstanbul və Bodrum şəhərində hotel satın aldıq. Bunlar "Bodrum Princess Deluxe Resort and SPA" və İstanbul Edition Hotel"-dir.  İstanbul şəhərində yerləşən hoteli "Palmalı" şirkətlər qrupu ilə ortaq şəkildə almışıq. Hər iki hotel yerləşdiyi ərazi, səviyyə və imkanları baxımından səmərəlidir. Həmçinin beynəlxalq aləmdə tanınmış şirkətlərlə olan sağlam əlaqələrimiz də bizə imkan verir ki, bu hotelləri ən yuxarı pillələrə qaldıraq. "Hilton İnternational" ilə əldə edilmiş razılaşmaya əsasən 2011-ci ildən etibarən Bodrumda aldığımız "Bodrum Princess Deluxe Resort and SPA"  hoteli  "Hilton Bodrum Turkbuku Hotel" adı ilə fəaliyətini davam etdirəcəkdir.

-Bəs, otellərin xidmət gücü, şəraiti hansı səviyyədədir?

-Bodrumdakı otelin yerləşdiyi ərazi-Türkübükü kəndi Bodrum mahalının mərkəzinin şimalıdır. Hazırda bu kənd Bodrumun ən əhəmiyyətli turizm mərkəzlərindən biridir. Aldığımız "Bodrum Princess Deluxe Resort and SPA" hotel isə Türkübükünün ən böyük turizm təsislərindən biridir. Ümumi sahəsi 70 hektar olan bu təsis dəniz sahilində yerləşir. Ərazi meşəlikdən ibarət olub, təkrarolunmaz təbiət mənzərəsi ilə insanı valeh edir. Hotel hava limanından 45 km, Bodrumun mərkəzindən isə 22 km uzaqlıqda yerləşir. 2011-ci ildən "Hilton Bodrum Turkbuku Hotel" adı ilə fəaliyətini davam etdirəcək hoteldə 432 Standart, 46 Junior suit, 6 Dublex suit, 2 King suit otaqlar, 11 villa və VIP villa mövcudur. Hoteldə dincəlmək və əylənmək üçün hər bir şərait vardır. Belə ki, hotel 3 ədəd böyük, 22 ədəd orta və kiçik üzgüçülük hovuzu, 5 restoranı, 13 barı, 9 konfrans zalı, masaj otaqları və saunaları ilə yerləşdiyi bölgənin ən geniş şəraitə malik olan hotellərindən biridir. "Hilton Bodrum Turkbuku Hotel" 7 ulduzlu hoteldir.

İstanbul şəhərində yerləşən 7 ulduzlu "İstanbul Edition Hotel" 80 ədəd suit otağa, xüsusi üzvlüklə daxil oluna bilinən klubu və ağıllı bina texnologiyasına sahibdir. Hoteldə dünyada tanınmış "Cipriano" restoranı, "Millioner Club", "Roze bar", "S-bar" və İstanbulda ən böyük, lüks SPA mərkəzi fəaliyyət göstərir. Hotelin yuxarı son mərtəbəsində isə ümumi sahəsi 450 m2 olan Prezident suit yerləşir. Həmçinin hoteldə əlamətdar tədbirlərin keçirilməsi üçün möhtəşəm banket zalı da mövcuddur. Bu hotelin dizaynı tanınmış dizayner "İan Schrager" tərəfindən işlənilmişdir. Şəhərin tam mərkəzində yerləşən "İstanbul Edition Hotel" dünyadakı 8 edition hoteldən biridir.

-Siz, "İSR" şirkətlər qrupunun bu uğurunu rəmzi olaraq necə dəyərləndirərdiniz?

-Qürur hissi keçiririk ki, dünyanın ən böyük turizim ölkəsindən biri olan Türkiyədə ilk 7 ulduzlu hoteldə "İSR" şirkətlər qrupunun da payı vardır. Həmçinin "İSR" Şirkətlər qrupu Bodrumun ən böyük turizm təsislərindən birinə sahib olmuşdur. Bu Azərbaycanın artan iqtisadi qüdrətinin göstəricisidir. "İSR" şirkətlər qrupu Türkiyənin turizim sektoruna daxil olaraq iki hotel alması bir daha sübut etdi ki, Azərbaycan iqtisadiyyatı və onun şirkətləri sürətli inkişaf yolundadır.

-Zafer bəy, müsahibəmizin sonunda oxucularımızın daha yaxından tanış olmaları üçün "İSR" şirkətlər qrupu haqqında da məlumat verərdiniz.

-"İSR" Şirkətlər qrupu 15 ildir ki, fəaliyyət göstərir. Qrupun təsisçisi və prezidenti yerli və xarici bazarlarda biznesin müxtəlif sahələrində nəhəng sahibkarlıq fəaliyyəti təcrübəsinə malik olan cənab İsgəndər Xəlilovdur. Şirkətlər qrupuna istehsal, xidmət, ticarət nəqliyyat sekorlarını təmsil edən 20-ə yaxın şirkət daxildir. Bunlardan "Bakı Əyləncə Mərkəzi", "Nərgiz Ticarət Mərkəzi", Tayota Bakı Mərkəzi, "İSR Residence-I" və "İSR Residence- II" elit yaşayış kompleksləri, Bakı Avtomobil Bazarı, "Azər-Yod" yod - brom zavodu, "Park İnn Azərbaycan, "ISR Plaza", "Radisson Hotel" və 2011-ci ildə istifadəyə veriləcək "Hilton Baku Hotel"nin adlarını çəkə bilərəm. Şirkətlər qrupu hazırda 1000-dən artıq insana iş imkanı yaratmışdır. Qrupa daxil olan şirkətlər daima Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan iri sərmayə yatırımları həyata keçirirlər. "İSR" qrupunun müəssisələri ölkənin özəl sektorunda iri vergi ödəyiciləridir.

-Müsahibənizə görə təşəkkür edirəm.

Xəbər lenti

Xəbər lenti